Nazim İdeal (Quliyev) : "Azərsu" ASC hələ də sahibsizdir.
Tarix: 24.08.2021 / 18:56 •
Oxundu: 380 dəfə •
"Azərsu" ASC hələ də sahibsizdir.Bu təsisatda rəhbərlik dəyişilsədə nepotizmə söykənən idarəetmə fəlsəfəsi soyğunçuluq, quldurluq,reketçilikdən başqa heç nəyi ifadə etmir.
Kanalizasiya borusunu su xəttindən ayırd edə bilməyən başları mədələşmiş sistem başçılarının Ceyranbatan ərazisindəki iyrənc əməlləri de-şifre edilsədə tədbir görə biləcək,problemin yaranma səbəblərini ayırd edə biləcək baş(lar) rüşvət çəlləyində qıcqırdığını hələ də seyr etməkdəyik.
Qorxmaz Hüseynovla danışıb başa saldıqdan sonra mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı və onunla yanaşı Cəmiyyətin bir neçə "rəsmi şəxsləri" Abşeron Rayonu,Görədil kəndi Əliağa Vahid küçəsində yaşayan bir neçə ailəyə qarşı Azərsu ASC adından həyata keçirilən 3000 manatlıq rüşvət, diskriminasiya,yezidliklərin anatomiyası de-fakto göstərildi.
Sabahısı günü korrupsiya Qorxmaza "qorxma mən səninləyəm" ezamiyyə vərəqəsini verib yola saldı.
Qorxmaz getdi Köçərli gəldi.Köçərli gələr-gəlməz zimbabvedən,cunquliya meşələrindən özünü dövlət sayan nə qədər zombilər var hamısı ASC-yə dolduruldu.
Köçərli hakimiyyəti dönəmində baş verən tragediyalar silsiləsindən-Nərimanov Rayon Ziya Bünyadov prospekti 4-cü keçid ünvanında yaşayan vətəndaşlara pul tələblərilə bağlı "xəbərnamələr"in paylanılması və su xətlərinin kəsilməsilə bağlı edilən təhdidlərdir.
Səbəbi 2011-2015-2020-ci illərdə borc yarandığı göstərilir.
Ay Köçərli kişi illərdir ki,Azərsu ASC-in nəzir qutusuna başçılıq edirsən.Paytaxtın mərkəzi ünvanlarından biri olan Z.Bünyadov küçəsi 25 ünvanında bu cür borc necə yarana bilər ki?
Sayğac niyə qoyulmayıb?
Qoyulmayıbsa,ASC-də nəzarət-təftiş adlı şöbələri yemləndirmək,belə bir mənasız və absurd şöbəni saxlamaq hansı zərurətdən irəli gəlir???
Köçərli Həsənlinin diqqətinə və nəticəsini gözlədiyimiz Abşeron Rayonu Görədil Kəndində;
Nərimanov Rayonu Ziya Bünyadov Prospekti 25 ünvanında rüşvətxor,quldur,dilənçi əməkdaşlarınızın bilərəkdən və qəsdən VƏTƏN-DAŞLARA qarşı yaratdıqları tragiazərsukanalizasiya kazuslarına SON verilsin !
Bu Dövlət onun kanalizasiya borularına belə tamah salan korrupsioner simasız quldurların deyil ki,ondan şəxsi obyektləri kimi istifadə etsinlər.
Bu dövlət,bu vətən Dövlətçillik İdeallarının mahiyyətini dərk edən və əməllərilə öz töhfəsini verən ləyaqətli,əqidəli,vicdanlı vətəndaşlarındı.