Bu gün:


Belarus iqtidarından müxalifətə: Danışıqlar olmayacaq!

Tarix: 31.08.2020 / 18:17  •   Oxundu: 112 dəfə  •  

Minskin mərkəzindəki İstiqlaliyyət prospektində mitinq iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.
ASMEDİA.AZ xəbər verir ki, insident Milli Təhlükəsizlik Komitəsinin (KQB) binasının qarşısında baş verib. Mülki geyimdə olan şəxslər bir neçə etirazçını nömrəsiz avtobuslara dolduraraq naməlum istiqamətdə hərəkət ediblər.
Bununla yanaşı, OMON qüvvələri də İstiqlaliyyət prospektində etirazçıların qarşısını kəsib. Məlumata görə, nə mitinq iştirakçıları, nə də güc strukturlarının əməkdaşları irəli gedir.
Paytaxt Minskin mərkəzindəki 4 metrostansiya bağlanılıb.
***
Güc strukturları Belarus prezidentinin igamətgahına gedən yolu bağlayıblar. Məlumata görə, iqamətgahın yaxınlığına zirehli texnika yeridilib.
Bu arada, paytaxt Minskdə internetin verilişində yenidən problemlər yaranıb.
Belarusun A1 mobil rabitə şirkəti dövlət orqanlarının göstərişi ilə mobil internetin sürətini azaltdığını bildirib.
***
Güclü yağış səbəbindən iqamətgah ətrafına toplaşan müxalifət tərəfdarlarının bir hissəsi ərazini tərk etməyə başlayıb.
***
Lukaşenkonun köməkçisi Nikolay Latışenok iqamətgah qarşısında toplaşan etirazçılarla görüşüb.
O bildirib ki, hakimiyyət müxalifətlə danışıqlara getməyəcək:
“Müxalifətlə? Xeyr, Təşəbbüs Qrupu ilə olacaq”, - deyə Latışenok bildirib.