Bu gün:


Əvəz Zeynallıya daha bir ittiham irəli sürüldü

Tarix: 21.09.2022 / 20:00  •   Oxundu: 103 dəfə  •  

Əvəz Zeynallı barəsində daha bir ittiham irəli sürülüb. Belə ki, o, Cinayət Məcəlləsinin daha bir, 312.1.1 maddəsi (nüfuz alveri) ilə ittiham olunur.
İDEAL Media.az xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallının vəkili Aqil Layıc jurnalistlərə açıqlamasında deyib.
Vəkil qeyd edib ki, jurnalist ona qarşı sürülən ittihamları qəbul etməyib:

"Əvəz Zeynallı məhkəmədən yalnız azadlıq istədi. Qeyd edim ki, biz sabah Apellyasıya Məhkəməsinə müraciət edəcəyik".