Bu gün:


NAZİM İDEAL: Qeydiyyat və notariat baş idarəsi məhkəməyə verildi.

Tarix: 25.09.2022 / 23:16  •   Oxundu: 436 dəfə  •  

Heç bir anti-tezis hazırlamadan, mübaliğəyə qapı açmadan bəyan edirəm ki, Azərbaycan Respublikası,onun dövlətçilik İdealları kommunist nomenklaturasından qalma aşağı səviyyəli,görməmiş,tamahkar,debill plutokratların qaydaları üzrə anti-təkamül dövrü yaşamaqdadır.

Atvyorka sxolostik elmininin akademiki Ramiz Mehdiyevin, Reket və mənliksiz medianın professoru Əli Həsənovun mənfur və məkirli idiotologiyası sələfləri tərəfindən artan xətt üzrə zibilxanada eşələnməkdədir.

Dövlət büdcəsini yağmurlamaq amacıyla kimə və harda gəldi ruhunu və cismini təslim etmiş dəvəquşu truppası ləyaqətli vətəndaşların tanımadığı am şurasının başının  interyerini dəyişdi.
Eyni ansambl, eyni manıs,eyni civilər.
Tədbirdə iştirak etmirdi orkestrin bədii rəhbəri Əli Həsənov və icraaçı direktoru Vüqar Səfərli...,
İştirak etməsələrdə hər ikisi güzgüdə gördüklərinin zat-kökünü amaşlayırdılar.

Əli Həsənov öz-özünə gülürdü ki, "mənim siyasətimi qəbul etməyənlər başıma yığdığım şenokların görəsən harasına vurulub?";
Vüqar Səfərlidə ortaqlarının hələ də ölmüş medianın sümüklərinin iliyini sorduqlarına görə öz bığını istadıb-qurudurdu....
Əlbətdəki, reket,fahişə arxasına arxa olan,ifadə və söz azadlığını it ağzına verən,katibə-massajist-vizajist-translara ev paylamış bir şuranı özünü tanıyan heç bir kişi tanımayıb,tanımır və tanımayacaqda....

Repressiyanın ruzigarı putlerin səfərbəylik fəlsəfəsinə kəllə vursada belə....
Bu gün ölü dirildən, dirini öldürən,xəbərsiz vətəndaşları VVAQ-la muştuluqlayan,saxta və qanundankənar yollarla yüzlərlə Vətəndaşın İnsan və Vətəndaş Hüquq və Əsas Azadlıqlarının qəsbkarı Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsini,onun bürokratik sobatajlarını, özü-özünü inkar etmə və ziddiyyətli kazusları üzrə ünvanıma göndərdiyi dosyesini Məhkəməyə təqdim etdim.

Prezidentin köməkçiləri Fuad Ələsgərov,Kərəm Həsənovla görüşümdən sonra direktivlərin satellit icraçısı Qeydiyyat və Notariat baş idarəsinin rəis müavini Mehman Soltanov barəmdə həmin şəxslərə ünvanladığı məktubun bir surəti bilmədən Mənədə yetişmişdir.

Avropa İttifaqı,Avropa Şurası,BMT öz hesabatlarında Mənə qarşı sutenerlərin apartehid cinayətlərindən bəhs edərkən bildirir:"İDEAL Qəzetin Baş Redaktoru Nazim Quliyev 1.000 nəfər silahlı-maskalı Polis əməkdaşlarının hücum taktikası ilə Abşeron rayonu Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi 20 ünvanında girov götürülüb Banditizm idarəsinə gətirilərkən ona yalnız ARCM-in 148-ci maddəsi (təhqir) üzrə ittiham elan edilmişdir.

Nəsimi Məhkəməsinin qərarında qeyd edilmişdir ki:"Həbs edilsin və 1 Saylı İstintaq Təcridxanası"na yatab edilsin.
Lakin, təsisçi və baş redaktora verilmiş 06 aylıq cəzanın bitməsinə 01 ay qalmış Onun Masazır qəsəbəsi Qaçaq Nəbi küçəsi 20 ünvanında Türk vətəndaşı Selcan Xanıma məxsus evdə qalmış pencəyinin sol cibində narkotik vasitə olan heroin aşkarlanması kimi absurd-blef iddia irəli sürülmüşdür...,"

Narkotik ittihamı üzrə çox dəyərli dostum Vəkil İsaxan Aşurovun təşəbbüsü ilə keçirilən ekspert rəylərindən başqa 500 manata istənilən saxtakarlığa müəlliflik etməkdə heç bir kompleks yaşamayan narkoloji dispanser belə qanımın təmiz TÜRK QANI olduğunu etiraf etdi.

İkincisi, 17 ədəd son dərəcə əxlaqsız küçə fahişələrinin arxasına arxa olmuş iribuynuzlu prototiplərin sutenerlik qabliyyətlərindən asılı olmayaraq 99432 saylı,Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə baş idarəsinin mühüm işlər üzrə müstəntiqi Tariyel Ələkbərov və  rəisi Kamran Əliyevin imzaladıqları  "ittiham aktı"nda bildirilir:"Heç bir maddi sübut yoxdur.Cinayət yolu ilə heç bir əmlak əldə etməyib.Lakin ehtimal olunur ki,edə bilərdi...."

"İttiham aktı" ilə tanış olarkən artıq Cinayət- Prossesual Məcəlləsinin 21-ci və Əsas qanun hesab etdiyimiz Konstitusiyanın 63-cü maddəsi ayaqyolunda  intim videosunun çəkildiyini car çəkən Əli Həsənov kimi fəryad edirdi. 

Mehman Soltanov öz raportunda şövq-təbii Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəisi Ədalət Vəliyevidə 11 metrliyə qoyur...

Bəylər və Xanımlar!
Bu ölkə və bu Dövlət Bizimdir.
Müstəqil Azərbaycan dövlətinin qurucularından biridə Mənəm.
Milli bayrağımız altında Dövlətçilik İdeallarını,Milli Mənəvi Dəyərlərimizə günbəgün sərgilədiyiniz tantrik seks vaqeəsində zəhmətiniz və xidmətləriniz danılmazdır.

Amma,ancaq intim xidmətlərinin Dövlətə xidmətlə heç bir əlaqəsi yoxdur.
Özünüz-özünüzü istəsənizdə belə tanıya bilməssiz.Çün ki, tanıma,tanıtma instinkti qısırlaşıb.
Lakin, cəmiyyət mütləq sizi tanımalıdır ki, unudulmayasınız.
Həm də unutmayın ki, qanunsuz dövlətdə qanunlarla problemi olan ŞƏXS zəmanənin Ədalətli Şəxsiyyətidir.

Zəmanətlərinizlə tanış etmək borcumdur.Buyurun!