MƏHKUM ANASI PREZİDENTDƏN PUL İSTƏDİ...
Tarix: 01.10.2022 / 16:27 •
Oxundu: 199 dəfə •
Şirvan şəhər sakini ,Ş.Şükorov küçəsi döngə 1, ev 27 ünvanında yaşayan Mirzəyevə Aminə Bəxtiyar qızı Prezident İlham Əliyevə müraciət ünvanlamışdır
Müraciətdə deyilir: “Hörmətli Cənab Prezident, oğlum Mirzəyev Mehman Nizami oğlu 2011-ci ildən həbsdədir. Həbsdə ona verilmiş fiziki, tibbi işgəncələr nəticəsində təkcə sağlamlığını deyil, şüurlu həyatına son vermiş, beləki Mehman onunla görüşə gedərkən bizi tanımır, dırnaqları və saçının uzunluğu on bir illik baxımsızlığın nəticəsini əks etdirir.
Oğlum Mehman Mirzəyevə münasibətdə əlilliyi tanınmır və tanıtdırmaqdan ötrü hazırda saxlanıldığı Ədliyyə Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssiəsinin tibb sanitar hissəsinin rəisi Habil Məmmədov həkim komissiyasının rəhbəri Bilal Əsədəova 1000 manat, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsini rəisi Rəfail Mehdiyevə 1000 manat, tibbi sosial ekspert komissiyasına (TSK) 2000 manat bizdən pul tələb etmişdir ki, bunu isə ödəmək bizim imkanımız xaricindədir.
Oğlum Mehman Mirzəyev ölümlə üz-üzədir. İstəmirik ki, o göz-görəsi amansızcasına qətlə yetirilsin. Ancaq bütün bunlarla yanaşı bu cür yaşamaqdansa ölmək daha yaxşıdır.
Cənab Prezident, 2021-ci ilin 9 avqustunda digər oğlum Mirzəyev Elman Nizami oğlu on nəfər cinayətkar şəbəkə tərəfindən qətlə yetirilərək, Sabirabad rayonu Azadə kənd ərazisində su kollektoruna atılmağına baxmayaraq, bu günə kimi qatillər mühafizə edilməklə yanaşı, həmin iş üzrə hüquq mühafizə orqanları işi ört-basdır etməkdən ötrü cinayət məcəlləsinin 143 –cü maddəsinə tövsüf etməsi ailəmizə qarşı soyqırımı şərtləndirən amillərdəndir. Ümumilikdə ailəmiz təhlükə qarşısındadır.
75 yaşlı ağbirçək ana olaraq ya oğlumun fundamental konstitusion hüquqları bərpa edilsin ya da ki, onun əlilliyinin müəyyən edilməsindən ötrü tələb olunan rüşvətin ödənilməsi üzrə bizə yardımıçı olmağınızı Sizdən xahiş edirik.
P.S. Əldə etdyimiz məlumata görə 1 saylı cəzaçəkmə müəssiəsinin tibb sanitar (TSH) hissəsinin rəisi Ədliyyə Tibb mayoru Habil Məmmədov bomj həyatı yaşayır və həmin müəssiənin rəisi Emin Həsənov isə bu günə kimi Mehman Mirzəyevi şəxsiyyət vəsiqəsi ilə təmin etməmiş və bu təminat üçün valdeyinindən “Asan xidmət” in gəlişi üçün 1000 manat vəsaitin olmasının vacibliyini vurğulayır.
Mövzu diqqətimizdədir.
Polad Musayev.
