Bu gün:


BDU-nun 4 tələbəsi suşidən zəhərləndi

Tarix: 08.10.2022 / 19:45  •   Oxundu: 69 dəfə  •  

Bakı Dövlət Universitetinin 4 tələbəsi suşidən zəhərlənib.
İDEAL Media.az xəbər verir ki, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu Report-un sorğusuna cavab olaraq bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.
Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: "Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır".