Pedaqoji Universitetdən pedaqoji münasibət
Tarix: 05.10.2021 / 20:33 •
Oxundu: 359 dəfə •
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyinə ünvanladığımız məktubu ətraflı cavablandırdıqlarına və bütün qaranlıq məqamlara aydınlıq gətirdyinə görə, bu ali təhsil müəssisəsinin aidiyyəti məsul şəxslərinə, o cümlədən rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Hesab edirik ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə “Ideal Media Group” arasında kommunikasiyanın bu cür yüksək səviyyədə qurulması mətbuat və media ilə dövlət orqanları arasında şəffaflığın təmini üçün məhsuldar əməkdaşlığın nümunəvi formasıdır.
“Ideal Media Group” adından Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) timsalında bütün müəllim adına layiq olanları Beynəxalq müəllimlər günü münasibətilə təbrik edir, onların yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.
“Ideal Media Group”-un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin redaksiyamıza ünvanladığı məktubun mətnini oxucularımıza təqdim edirik.
Hörmətli Nazim müəllim!
Sizin ADPU-nun rektoru professor Cəfər Cəfərova ünvanlamış 7 sentyabr 2021-ci il tarixli 01.01/151 nömrəli məktubunuz tərəfimizdən araşdırıldı. Məktubda qeyd olunan suallara cavabımızı müvafiq qaydada təqdim edirik:
“Ideal Media Group” adından Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) timsalında bütün müəllim adına layiq olanları Beynəxalq müəllimlər günü münasibətilə təbrik edir, onların yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.
“Ideal Media Group”-un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin redaksiyamıza ünvanladığı məktubun mətnini oxucularımıza təqdim edirik.
Hörmətli Nazim müəllim!
Sizin ADPU-nun rektoru professor Cəfər Cəfərova ünvanlamış 7 sentyabr 2021-ci il tarixli 01.01/151 nömrəli məktubunuz tərəfimizdən araşdırıldı. Məktubda qeyd olunan suallara cavabımızı müvafiq qaydada təqdim edirik:
- ADPU-nun Ağcabədi filialının sabiq direktoru Fərzəliyeva Mətanət Çərkəz qızı öz ərizəsinə əsasən, Azərbaycan Respublikası təhsil nazirinin 04 sentyabr 2019-cu il tarixli K-1362 saylı əmri ilə tutduğu vəzifədən azad edilmiş, hazırda filialın “Dillər, ədəbiyyat və onların tədris texnologiyası” kafedrasının dosenti kimi əmək fəaliyyətini davam etdirir. Onun vəzifədən çıxarılmasının xüsusi səbəbi olmamış, qeyd edildiyi kimi öz ərizəsi ilə istəyi təmin edilmişdir.
- ADPU-nun Ağcabədi filialının “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının dosenti Hüseynov Məhəmməd Allahverdi oğlu ilə bağlı tələbələrin müraciətindən ADPU rəhbərliyinin xəbəri vardır. Bu barədə məlumat əldə edilən gündən ciddi araşdırma aparılmış və araşdırmanın nəticəsinə uyğun olaraq, müəllimlə mövcud olan əmək müqaviləsinə xitam verilmişdir.
- ADPU-nun Ağcabədi filialının “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının dosenti Hüseynov Məhəmməd Allahverdi oğlunun övladlarının harada və hansı vəzifələrdə çalışdıqları barədə bizdə informasiya yoxdur. Olsa belə, şəxsi məlumatların qorunması qaydalarına zidd olduğu üçün bu haqda informasiyanın təqdim edilməsi mümkün deyildir.
- Ağcabədi filialında “rüşvət və qalmaqallarla” bağlı yeganə fakt Hüseynov Məhəmməd Allahverdi oğlu haqda tələbələrin müraciəti olmuşdur. ADPU rəhbərliyinin gördüyü müvafiq tədbirlər barədə yuxarıda – ikinci suala cavabda məlumat verilmişdir.
- ADPU-nun Ağcabədi filialında 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası Azərbaycan Respublikası təhsil nazirinin 08 may 2021-ci il tarixli F-215 saylı əmrinə əsasən, Microsoft Times platforması üzərindən distant (məsafədən) formada keçirilmişdir. Filialda həmin platforma üzərindən fəaliyyət göstərən Apellyasiya Komissiyasına qiymətindən narazı 11 tələbə müraciət etmiş, Komissiyanın iclasında 6 tələbənin qiymətində qanunvericiliyin tələbləri gözlənilməklə dəyişiklik edilmiş, 5 tələbənin iddiası isə təmin olunmamış və müəllim tərəfindən verilən qiymət qüvvədə saxlanılmışdır.
- ADPU-nun rektoru professor Cəfər Cəfərov Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovla Moskva Dövlət Universitetində eyni vaxtda aspirantura təhsili almış və o vaxtdan tanışlıqları mövcuddur. Onunla “ortaq bizneslərinin olması” barədə iddia heç bir əsasa malik deyil, “ortaq siyasi maraqlarının” olması isə hər ikisinin YAP üzvü kimi partiyanın fəaliyyətində iştirak etməsidir.
- Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin sabiq müdir müavinləri Ərəstun Mehdiyevin və Tahir Süleymanovun ADPU-da işlə təmin olunması doğrudur. Belə ki, adıçəkilən şəxslər uzun illər dövlət qulluğunda təcrübə toplamış və müxtəlif ali təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərmişlər. Dövlət qulluğuna xitam verildikdən sonra Ə.Mehdiyevin və T.Süleymanovun iş təcrübəsindən və elmi potensialından istifadə etmək məqsədilə onlar ADPU-da vakant olan yerlərə dəvət edilmişlər.
- Qafqaz Universitetinin sabiq rektoru Ahmet Sanıçla münasibətlər sırf rektor həmkarlığına dayanmışdır. Vaxtilə Qafqaz Universiteti ölkədə qabaqcıl təhsil təcrübəsini tətbiq edən, qardaş Türkiyə Respublikası Hökumətinin də dəstəklədiyi bir ali təhsil ocağı kimi Azərbaycanın əksər universitetləri ilə əməkdaşlıq edirdi. Təşkil olunan elmi konfranslarda qarşılıqlı olaraq iştirak edilmiş, həmin tədbirlərə ölkəmizin digər ali təhsil müəssisəsinin rektorları, Azərbaycan və Türkiyənin bir sıra rəısmi nümayəndələri də qatılmışdır. Münasibətin kökündə yalnız təhsil sahəsində təcrübə mübadiləsi durmuşdur. Sonrakı dövrün məlum hadisələrindən və Qafqaz Universitetinin bağlanmasından sonra bütü əlaqələrə son qoyulmuşdur.
- ADPU-nun tədris departamentinin müdiri dos. Sənan Əliyev 1991-1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Univerisitetində (ADİU) tam ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, 1996-1997 tədris ilində ADİU-da baş laborant və saathesabı müəllim işləmiş, 1997-ci ildə ölkəmizdə olmayan bəzi ixtisaslar üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil almaq üçün Türkiyə Respublikasına göndərilmişdir. O, 1998-ci ildə Doqquz Eylül Universitetinin doktoranturasına qəbul olmuş və 2002-ci ildə həmin universitetdə doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Uzun illər müxtəlif təhsil müəssisələrində müəllim, kafedra müdiri, dekan vəzifəsində çalışmış S.Əliyev 2016-cı ildə ADPU-nun Tədris departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur. Onun qeyd olunan hərəkatla bağlılığı və ya onların dəstəyini alması tam yalan və böhtandır.
- Allahverdiyeva Vəfa Elxan qızının məlum fəaliyyəti, onun ADPU ilə hər hansı bağlılığının olması aparılmış araşdırma zamanı müəyyən edilməmişdir.