Bu gün:


Zibil qutularından mənfəət götürən məmur kimdir?!

Tarix: 09.10.2022 / 21:46  •   Oxundu: 144 dəfə  •  

Bura nə Balaxanı zibilliyi, nə Bərdə mal bazarı, nə Afrikanın sahibsiz dalanları deyil.Bakı Şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 11 ünvanıdır.
Ünvanda yaşayan sakinlərin İDEAL Media quruluşlarına etdikləri müraciətlərdən sonra hadisə yerində olduq.
Sakinlərin bildirdiyinə görə əvvəllər bu dalanda yalnız 2 ədəd zibil qutusu var idi.Eldar Mahmudovun müavini Hilal Əsədovun göstərişilə 28 May küçəsi 13 ünvanına məxsus zibil qutularıda 11 ünvanına qoyulub.
Eyni zamanda Ata Abdullayevin və "köz dönər"in sahibi olduğu iddia edilən sabiq polis polkovniki Mamed Mikayılova məxsus iaşə obyektlərinin zibil qutularıda məhz sonradan 11 ünvanına qoyulub.

Ailələrinə qazandığı pullar içərisində başını zibilxanaya soxan rüşvətxor məmurlar unutmamalıdır ki, bu ünvanda 100-dən artıq ailə, 200-dən çox məktəbli hər gün onların zibillərinin üvunətli qoxusunu udmağa məhkum olub.

Fakt üzrə Nəsimi rayon İcra Hakimiyyətilə əlaqə saxladıq.
Telefona cavab verən şəxs bütün günahları Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfat departamentinin üzərinə atdı. 
Departamentin rəhbəri Rəfail Mehrəliyevin mövqeyini öyrəndikdən sonra təqdim edəcəyik.

P.S.Bu ərazidə Burinci Bitse-Prezident Mehriban Əliyevanın təhsil aldığı 23 saylı orta məktəb, Bülbül adına Musiqi Kolleci, Sənaye Universiteti və.s, yerləşir.

İnci Osmanqızı