Bu gün:


Qubada polis əməkdaşı yol qəzasında xəsarət aldı

Tarix: 25.10.2022 / 20:39  •   Oxundu: 77 dəfə  •  

Bu gün günorta saatlarında Quba şəhərində rayon polis şöbəsinin əməkdaşı M. Səfərəliyevin idarə etdiyi "VAZ" markalı və vətəndaş R. Bəşirovun idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub.
DİN-in Quba regional qrupundan verilən məlumata görə, nəticədə polis əməkdaşı ayaq nahiyəsindən yüngül xəsarət alıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Rayon Polis Şöbəsində araşdırmalar aparılır.