Bu gün:


Dünyanın ən böyük aysberqi 1800 kvadrat kilometr əriyib

Tarix: 06.12.2020 / 11:23  •   Oxundu: 77 dəfə  •  

İngiltərənin Müdafiə Nazirliyi dünyanın ən böyük aysberqinin son 3 ildə 1800 kvadrat kilometr kiçildiyini açıqlayıb.
A68a aysberqi 2017-ci ildə Antartidadakı buz təbəqəsindən qopub. Həmin vaxt sahəsi 6 min kvadrat kilometr olan aysberqin sahəsi hazırda 4200 kvadrat metrə düşüb.
Həmçinin aysberqdən qopan parçaların dəniz nəqliyyatına mənfi təsir göstərə biləcəyi qeyd olunur.