78 Nəfər bu Universitetdə Dövlət İmtahanından kəsildi
Tarix: 27.10.2022 / 14:17 •
Oxundu: 107 dəfə •
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsində bu il Dövlət İmtahanından 78 tələbə kəsilmişdir. Digər fakültələrdə kəsilən tələbə sayı 1-2 nəfər olduğu halda, niyə Riyaziyyat fakültəsində vəziyyət belədir?
Tələbələrin çoxu bildirir ki, köçürmədikləri halda bir neçəsini köçürməklə ittiham edib imtahan vərəqlərini protokollaşdırıblar, digərləri isə bildirir ki, onlar vərəqlərin yenidən yoxlanılmasını istəyiblər. Lakin Riyaziyyat fakültəsinin dekanı dos. Araz Fərəcov vərəqlərin yoxlanılmayacağını bildirərək açıqlama verməkdən qaçıb. Başqa bir maraqlı məqam odur ki, tələbələrə "az yazı" var deyərək 0 qoyanlar da olub.
Tələbələrin iddialarına görə onlara yazılan balların bu qədər aşağı olmasının mümküniyyatı yoxdur, onlar bir neçə yerə şikayət etsələrdə onların şikayətləri önəmsənməyib və nəticələr olduqları kimi qalmışdır.
78 nəfərin eyni anda kəsilməsi çox müəmmalı məsələdir, tədbirlər görülmədiyindən artıq Dövlət İmtahanının 2-ci mərhələsində iştirak edəcəklər. Təssüf ki, o qədər tələbənin illərcə çəktikləri əziyyətləri ayaqlar altında tapdalandı.