Bu gün:


Bakıda gənc oğlan doqquzuncu mərtəbədən yerə yıxıldı

Tarix: 30.10.2022 / 21:20  •   Oxundu: 93 dəfə  •  

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
Hadisə Asif Məhərrəmov küçəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Fərəcov Murad Abbasəli oğlu yaşadığı çoxmərtəbəli binanın 9-cu mərtəbəsinin eyvanından ehtiyatsızlıq edərək yıxılıb. O aldığı xəsarətlərə görə, komatoz vəziyyətinə düşüb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisənin təffərüatları araşdırılır.