Bu gün:


YAP evinə köç başladı...

Tarix: 05.11.2022 / 15:35  •   Oxundu: 184 dəfə  •  

    Bu ölkədə bütün satqın və satqınçılıqlar müxalifət mətbəxində yetişdirilir və bişirilir. Bugün hakimiyyətə yandaşlıq edərək xalqa qarşı mənfur ideologiyanın ruporuna çevrilmişlər  yəqin ki, hər kəs görür. Eyni zamanda özlərini ana- xala müxalifət adlandıranların “vicdan- siyasi məhbus” elan etdikləridə aşkardır və hərkəs tanıyır. Keçmiş səhiyyə naziri Əli İnsanovun məlum çıxışı özünü tanımayan lakin layiq olduqları yerdə rezonans qoparan truppa tərəfindən narazılıqla qarşılanmaqdadır. Həbsdən buraxılarkən müxalifət tərəfindən “avtoritet” kimi kütləyə sırımaq istənilən Əli İnsanov uzun illər YAP sədrinin müavini olmuş və korrupsiya labaratoriyasının banilərindən olmuşdur. Siyasi elektrat qıtlığından əziyyət çəkən   “ana müxalifətin”  Əli İnsanova sığınmasıda gözlənilən idi... 

     Bir tərəfdən qərbi Azərbaycan güvənliyi, digər tərəfdən maddi asılılıq. Çox keçmədi ki Əli İnsanov əsl xarakterini ortaya qoydu. O bir daha YAP-çı olduğunu və korporativ maraqları naminə istədiyi mövqedən çıxış edəcəyini yapdı. Hazırda müxalifət tərəfindən qınaq və ya lağ- lağı obyektinə çevrilmiş Rasim Musabəyov, Musa Qasımlı, İlqar Məmmədov, Sabir Rüstəmxanlı, Pənah Hüseynov, Qüdrət Həsənquliyev, Eynulla Fətullayev, Aynur Camalqızı, Rauf Arifoğlu, Xoşqədəm Hidayətqızı  və s. və ilaxır ötən gün hansı cəbhənin arsenalını təşkil edirdilər? 

    Bütün bunlara görədə haqlı olaraq vətəndaş cəmiyyəti heç bir müxalifət cəbhəsinin pafoslu çıxışlarına inanmır və hesab edirki geci -tezi onlardan da ən yaxşı halqa iqtidarın satın aldığı müxalifətçi düzəldiləcək. 

Polad Musayev