Bu gün:


Əmrullayevin soyğunçuluq islahatları davam etdirilir.

Tarix: 05.11.2022 / 16:43  •   Oxundu: 183 dəfə  •  

İDEAL-a bugün rəsmi şəkildə bir neçə valideyin müraciət edərək Zəfər Bayramı ilə əlaqədar məktəb direktorları tərəfindən yığılan qanunsuz pullar və o cümlədən “fond pulu” adlı kazuslardan bəhs etdilər. Soyğunçuluq kampaniyasında ən böyük fəallığın məşhur məktəblərdə həyata keçirilməsi üzücüdür.46 saylı orta mətəbdə bu missiyanın icarsı valideyinlərə həvalə edilmişdir. Valideyinlərin iddiasına görə direktor Sevinc Budaqova bütün bunları qanunsuz şəkildə dövlət adından tələb edir və verilməsini zəruru hesab edir. Həmin valideyinlərin inisialı və ödəməli olduqları bank kartları fakt olaraq saxlanılmaqdadır. 46 saylı məktəbin direktoru Sevinc Budaqova akademik Budaq Budaqovun qızıdır.

Nərminə Rüstəmxanlı