Bu gün:


BİZİ MƏMUR ZİBİLLİYİNDƏN XİLAS EDİN!!!

Tarix: 08.11.2022 / 12:38  •   Oxundu: 175 dəfə  •  

Bakı Şəhəri Nəsimi rayonu 28 May küçəsi 11 ünvanında yaşayan sakinlər Azrəbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci  Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Baş Naziri Əli Əsədova,Prezidentin Ərazi-Təşkilati Məsələləri üzrə köməkçisi- şöbə müdürü Zeynal Nağdəliyevə  müraciət etmişlər. Müraciətdə deyilir: 

“Müraciət etdiyimiz müvafiqsiz icra hakimiyyəti orqanlarının ( Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Komunal Təsərufat Departamenti)  idarəetmə fəlsəfəsi bürokratik sobataj, rüşvət, korrupsiya, siyasi direktivlər üzərində bərqərar olunduğundan illərdir ki, problem olaraq qalmaqda davam edən zibil yeşikləri problemlərinin həll olmasının çıxış yolunuda Sizdə görürük.

   Bilinsin ki, “yaşadığımız ünvan” baxımsızlıq və sahibsizlik ucbatından oliqarx məmurların zibilxana məkanına çevrilmişdir. Digər ünvanın sakinləri (Bakı şəhər 28 may küçəsi 10-12-13 ) əvvəllər zibil yeşiklərini öz məhəllələrində istifadə etsələrdə hazırda həmin zilbil yeşikləri bizim yaşadığımız ünvanda yerləşdirilmiş və həyatımızı cəhənnəmə döndərmişlər.

   Paytaxt Bakının mərkəzini  şəxsi korporativ maraqları naminə zibilxanaya çevirmiş və eyni zamanda  Əsas İnsan və Vətəndaş hüquqları və azadlıqlarını zindana çevirmiş Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil Komunal Təsərrüfat Departamenti, Bakı Şəhər Nəsimi İcra Hakimiyyətinin bu cür qanundan və dövlətdənkənar despotiyasına STOP verə biləcək yeganə qüvvə məhz Siz ola bilərsiniz!

   Bizi zibilxanaları da manapoliyaya almış görməmiş məmurların nəfsindən xilas edin .”