Bu gün:


Türkiyə ordusu İraqda şəhid verdi

Tarix: 17.11.2022 / 17:56  •   Oxundu: 50 dəfə  •  

Türkiyə Silahlı Qüvvələrinin baş çavuşu Sinan İnak İraqda şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"17 noyabrda “Pəncə-Kilit” əməliyyat bölgəsində terrorçular tərəfindən açılan atəş nəticəsində qəhrəman silahdaşımız çavuş Sinan İnak şəhid olub. Şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbir diləyirik”, - məlumatda qeyd olunub.