Avqust 2022-ci il tarixində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hakim Fəhmin Hümbətovun sədrliyilə (iş nömrəsi: 1(124-463/2022) keçirilməsi nəzərdə tutulan məzhəkə işinin “araşdırılması” 19 yanvar 2023-cü ilə təyin edilmişdir. Bir dəfə belə olsun Məhkəmə prosessi keçirilmədiyi halda, heç bir əsas olmadan bugünə kimi 6 ay uzanmasını şərtləndirən görəsən hansı amillərdir?
Bəlkə bu ölkədə Femidanın qatilləri, insan qatillərinin müdafiə olunmasını öhdəlik seçiblər?
Bəlkə koronavirusun cinayət ortaqları tapılıb?
Bəlkə...?
Bilinsin ki, bu ilin may ayının 8-də Novxanı bağ massivində Həsənov Tofiq Əmir oğlu, həyat yoldaşı İsgəndərova İlahə Nurəddin qızının bədəninin müxtəlif nahiyyələrinə amansız şəkildə bıcaq zərbələri endirərək onu qətlə yetirmişdir. Hadisə yerində olan mərhum İlahə İsgəndərovanın anası Nağıyeva İsvet Qurban qızı da qatilin hücumlarına məruz qalaraq 4 bıçaq zərbəsi almışdır. Qatil Tofiq Həsənov hadisə yerinə Emin Əmrullayev təhsilinin müəlliməsi Məmmədova Xalidə Əli qızı ilə gəlmişdir.
Hadisə baş verdiyi an isə, dərhal hadisə yerinə qatilin əmisi oğlu İman Həsənov təşrif buyurur. Məmmədova Xalidənin əri Fəxrəddin Tofiqin qardaşıdır və o, Tovuz rayonu Eyyublu kəndində alaq basmış gəncliyimizə “dərs verir”.
İbtidai istindaq zamanı Sumqayıt Şəhər Prokurorluğunun Müstəntiqi Pərvin Ocaqverdiyev korporativ maraqlarına sığınaraq qətl hadisəsinin iştirakçılarından Xalidə Məmmədovanın adını şahid qismində 220736087 saylı ittiham aktında tanınsada, digər hadisə iştirakçısı İman Həsənovun adı nədənsə şahidlər siyahısından çıxarılmışdır?
Görünür Sumqayıt şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin dublikart versiyası mövcuddur?!
Əvvəlcədən söyləməyə əsas verən amillərdən birincisi Məhkəmə prosessi heç bir qanunla tənzimlənməyən vasitələrlə uzadılmaqdadır. Dövlət büdcəsindən milyardlar hesabına ərsəyə gətirilmiş Sumqayıt Məhkəmə Kompleksində məhkumla bağlı Məhkəmə prosessinin davam etdirilməsi üçün zal qıtlığı əslində Məhkəmə nəzarətinin yoxluğu ilə biləvasitə bağlıdır. Necə ola bilər ki, 350 mindən çox əhalisi olan kriminal Sumqayıt şəhəri üçün 1 zal nəzərdə tutulsun?
Sözsüz ki, bu da biznesin başqa bir variantıdır.
Rüşvətlə və korrupsiyanın Milli Və Beynəlxalq hüququn üzərində dominantlıq etməsinin fonundan asılı olmayaraq və eyni zamanda Hakim Fəhmin Hümbətovun qatillə simsarlığından, spesifik dövlət ittihamçısı rolunda çıxış etməsindən asılı olmayaraq çörəyi qatillərdən çıxanların bütün əməllərini deşifrə etmək vacib hədəflərimizdəndir.
Mövzu diqqətimizdədir.
Polad Musayev.