Bu ilin may ayının 8-də həyat yoldaşı tərəfindən 20 bıçaq zərbəsi nəticəsində xüsusi amansızlıqla qətlə yetirilmiş və hələ də öz hüquqi həllini tapmayan № 2207360807 saylı cinayət işinin istintaq materiallarındakı fakt və sübutlar bilərəkdən təhrif olunaraq Sumqayıt şəhər prokurorluğu tərəfindən qəsdən və qərəzli şəkildə, yanlış istiqamətdə aparılması aşağıda qeyd olunan bir neçə faktlarla öz təsdiqini tapır.
1. Belə ki, autentik olaraq mərhumə İlahə İsgəndərovaya 14-dən çox bıçaq zərbəsinin endirilməsinə baxmayaraq prokurorluq qatilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
120.1 maddəsi ilə ittiham elan etmişdir. Həmin maddənin dispozisiyası 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutsa da, de-fakto onun cinayət əməli
120.2.4 – xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə;
120.2.5 – tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmişin orqanlarından və ya toxumalarından istifadə etməklə adam öldürmə;
120.2.9 – təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və girov götürülməsi ilə bağlı adam öldürmə
maddələri ilə tövsif edilməli olduğu halda Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi Pərvin Ocaqveridyev nədənsə bunları etməmişdir.
2. Zərərçəkmiş ailənin yaxınları tərəfindən və sosial mediada nümayiş edilən video qeydlər bir daha onu sübut edir ki, qatil Tofiq Həsənov həyat yoldaşını təkcə boşanmağına görə deyil, eyni zamanda, tamah məqsədi ilə onun var-dövlətini və qızıl-zinyət əşyalarını ələ keçirmək niyyəti ilə və xüsusi amansızlıqla qətlə yetirmişdir.
3. Telefon qeydlərindəki danışıq səslərindən də bəlli olur ki, mərhumə İlahə İsgəndərova dünyasını dəyişməmişdən öncə qatilı həyat yoldaşının mobil telefonunu bloka atdığından və qatil onunla danışmaq fürsəti əldə edə bilmədiyindən qardaşı Fəxrəddin Həsənova məxsus 055-284-34-34 nömrəli mobil telefon vasitəsilə zəng edərək işin mahiyyətini özündə əks etdirən faktları aşkara çıxarmışdır.
4. Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi bu günə kimi hələ də araşdırmamışdır ki, təhdid və təzyiq altında olan İlahə İsgəndərova həyat yoldaşı qatil Tofiq Həsənovdan gizlənərkən Novxanıdakı bağ evlərinə gəlib qapını açmağa şərait yaradan kim və hansı üsullar olmuşdur? Göründüyü kimi, həmin mənzilə əvvəlcə qatilin qardaşı arvadı, hazırda Tovuz rayonu, Əyyublu kənd orta məktəbində Dil-ədəbiyyat “müəlliməsi” vəzifəsində işləyən Xalidə Həsənova təşrif buyurmuş, ardınca isə qatilə ümumi vəziyyət haqqında məlumat vermiş və qatilin bağ evinə daxil olmasına şərait yaratmışdır. Eyni zamanda hadisə yerinə, yəni hadisə baş veridkdən dərhal sonra, həmin məkana qatilin əmisi oğlu İman Həsənov və onun oğlu Əli Həsənov gəlmişlər.
Bütün bu aşkar faktlar öz-özlüyündə onu deməyə və yazmağa əsas verir ki, mərhumə İlahə İsgəndərovanın qətli əvvəlcədən düşünülmüş ssenari olmuşdur. Amma nədənsə Sumqayıt şəhər prokurorluğu bu kimi vacib məqamları “nəzərdən qaçırır”.
5. Hadisə yerində olan və qatil tərəfindən mənəvi, fiziki, psixoloji hücumlara məruz qalmış mərhumənin anası prokurorluqda hələ də obyektiv dindirilməmişdir. Əməkdaşımız Sumqayıt şəhər Prokurorluğunun müstəntiqi Pərvin Ocaqverdiyev ilə əlaqə saxlayıb cinayıt işinin bəzi məqamları ilə bağlı ona sual verdikdə, Pərvin Ocaqverdiyev hələ də ekspertizanın cavabının mövcud olmadığını bəyan etmişdir. Maraqlıdır, üzərindən iki ay ötməsinə baxmayaraq ekspertizanın bu qədər uzanması görəsən nə ilə bağlıdır?
Qatil və onu himayə edən rüşvət hərisliyi
3 saylı İstintaq Təcridxanasının rəisi Əliyev Cəlil Misir oğludur. Uzun illər Penitensiar sistemdə zəmanə uşağı kimi yaxşı pul qazanmış Misir Əliyev bütün nəsil-nəcabətini bu sistemə yerləşdirməyi bacarmışdır.
Oğlunu Şüvəlana rəis, kürəkəni Faiq Qarayevi 11 saylı cəzaçəkmə müəssiəsinə “zamploit” və s. yerləşdirməyi bacaran Misir Əliyev eyni zamanda cahil publikada özü barədə “yaxşı adam” imici yaratmağa da müvəffəq olmuşdur. Qatil Həsənov Tofiq Əmir oğlunun 3 saylı İstinta Təcridxanasında Əliyev Cəlil Misir oğlu tərəfindən xüsusi imtiyazlarla təchiz edilidyini onun yaxınları hər yerdə ifadə etməkdədir.
Qatil Tofiq Həsənov istədiyi vaxt cinayət ortaqları ilə telefon əlaqəsi yaradıb zəruri göstərişlərini verir və lazım olan məkrli prosedurların həyata keçirilməsinin planlarını cızır.
Şüvəlan təcridxanasının rəisi Cəlil Əliyevlə sıcaq münasibətdə olan, həftədə ən azı 3 dəfə qatilə sovqat aparan əmisi oğlu İman Həsənov cinayət baş verərkən orada etdikləri və eyni zamanda prokurorluq tərəfindən onun telefon danışılqarı ortaya çıxmadığından rahatlanaraq bu gün qatil Tofiq Həsənovun azadlığa çıxması uğrunda bir sıra hakimiyyət resurslu calaqçılarla sövdələşmə aparmaqdadır.
İman Həsənovun Surqutda, Moskvada, Bakıda milyonlarla ölçülən daşınar və daşınmaz əmlakları vardır və onlar iki ilə yaxın idi ki, danışmırlarmış.
Sözsüz ki, ölkəmizdə 11 nəfərin qətlində ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Zakir Nəsirov, həmin idarədə rəis vəzifəsində çalışan Kamil Sədrəddinov nümunələri və onların əfv edilməsi praktikası hər kəsə bəllidir. Lakin biz imkan verə bilmərik ki, günahsız insanı qətlə yetirmiş qanqster insan və qanun alverçiləri tərəfindən rüşvət müqabilində hər hansı bir yüngül cəza alsın və ya layiq olmadığı azadlığa buraxılsın. Lakin bununla yanaşı ümid edir və inanırıq ki, Sumqayıt şəhər Prokurorluğu obyektiv araşdırmaya start verəcək və qanqster Həsənov Tofiq Əmir oğlunun bu cinayəti törətməyə vadar edən, onu qızışdıran və ardınca cinayəti zəruri edən üsul və vasitələrin müəllifləri mütləq və mütləq cinayət məsuliyyətinə cəlb edilərək haqq etdikləri cəzanı alacaqlar.
Biz hazırda qatil Həsənov Tofiq Əmir oğluna sovqat daşıyan “biznesmen” İman Həsənov, oğlu Əli Həsənov, qardaşı arvadı, hazırda Tovuz rayonu Əyyublu kənd orta mıəktəbində Dil və ədəbiyyat “müəllimi” vəzifəsində çalışan Xalidə Həsənovanın məsuliyyətə cəlb ediləcəyini gözləyirik və inanırıq ki, haqq-ədalət, insanlıq rüşvət və rüşvətxorlar tərəfindən doğranılmayacaq.
Polad Musayev