Bu gün:


Özün nümunəvi ol sonra göstəriş verərsən...

Tarix: 30.11.2022 / 11:51  •   Oxundu: 424 dəfə  •  

Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada gicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz.

                                                                                                    İohan Snelman

İllərdir ki, müəllim adına paralel şəkildə çəkilən xoşagəlməz ifadələri (süpürgə pulu, fond pulu, təmir pulu, ad günü pulu, bayram pulu və s.) seyr etməkdəyik. Hətta bu cür baş verən neqativlərin fonunda Təhsil Nazirliyinin gülünc qərarları müəllim adına və şərəfinə ləkə gətirməkdə heç bir kompleks yaşatmadığına şahidik.

Dəyərli izləyicilərimizə Bakı şəhəri, Xətai rayonu, 27 nömrəli tam orta məktəbdə İngilis dili müəlliməsi kimi çalışan Vəliyeva Nərgiz Qiyas qızından bəhs edəcəyik. 

1991-ci ildən müəllimlik fəaliyyətinə Ağdaş rayonunun  Ləki qəsəbəsində başlayan Vəliyeva Nərgiz Qiyas qızı 2005-ci ildən öz fəaliyyətini paytaxt Bakıda, Xətai rayonu 27 saylı tam orta məktəbdə davam etdirmişdir.  Valideyinlər tərəfindən Barəsində yalnız müsbət ifadələr işlədilən Nərgiz müəllimə, bizlərə xatirələrimizdə keçmiş mənalı və dəyərli məktəb illərini yaşatmaqdadır. Təmənnasız şərəf və ləyaqətlə gələcəyimiz hesab etdiyimiz gənclərə doğru-dürüst yol göstərən Nərgiz müəllimə Şəhid və Qazi ailələrinə olan diqqət və qayğısı xüsusilə diqqət çəkir.

Vətənpərvərlik ruhunda gəncliyimizi yetişdirən  Nərgiz müəllimə Vətənə olan sevginin, milli və mənəvi dəyərlərdən asılı olduğunu, həmçinin dövlətçilik ideallarına sadiqlikdən yarandığını hər zaman ifadə edir. 

Valideyinlərin və onu tanıyanların xarakteristikasına uyğun olaraq demək olar ki, təhsil sistemi məhz Nəgiz Vəliyeva kimi müəllimlərin sayəsində öz məhvərindən qopmur. Bəlkə də bütün bu keyfiyyətlərin Nərgiz Vəliyevada cəmləşməsinin biridə məhz onun kasıb və zəhmətkeş ailədə böyüməsidir. 8 nəfər qardaş-bacının hamısının  ali təhsil alması da bu ailənin bazisinin etibarlı olmasını şərtləndirən amillərdəndir.

Onun dərs verdiyi şagirdlər onunla fəxr etdiyi kimi, o da öz şagirdlərinin nailiyyətləri ilə fəxr edir. 

Bəli bu gün yüzlərlə nepotizm fəlsəfəsi üzrə təhsil sisteminə yamaq edilmiş soyğunçu, kəmfürsət “ müəllimlər” olduğu kimi, Nərgiz Vəliyeva kimi çox az sayda olsada müəllim adını uca tutanlarda var. 

Təəssüflər olsun ki, xaqın həssas təbəqəsinin onlara təmənnasız, xidmət edə biləcək müəllim və həkim kontingentinə olan münasibətidə üzücüdür. Çörəyi xalqa xidmət etməkdən, halallıqdan çıxan və öz milli-siyasi kimliyini uca tutan ləyaqətli peşənin ləyaqətli daşıyıcıları maddi sıxıntı burulğanında hələdə çabalamaqdadır. 

Nərgiz Vəliyevanın timsalında ləyaqətli müəllimlərimizə uğurlar arzu edir və hər zaman onların barələrində valideyinlərin və şagirdlərin pozitiv fikirləri eşitməkdən məmnunluq duyuruq.

İnci Osmanqızı