Bu gün:


İranda 6 güneyli fəal azadlığa buraxıldı

Tarix: 30.11.2022 / 11:57  •   Oxundu: 61 dəfə  •  

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində 6 milli fəal həbsdən azad edilib.
Etiraz aksiyaları zamanı saxlanılan İslam Fərabi, Məcid Xani, Məhəmməd Bagirnejad, Arman Şahidi, Şahin Abbas Əlizadə, Adil Məhəmməd adlı fəallar girov qarşılığında məhkəməyə qədər Marağa həbsxanasından azadlığa buraxılıblar.
Fəallara qarşı hansı ittihamların irəli sürüldüyü ilə bağlı məlumat verilməyib.