Bu gün:


Rusiyada deputat keçmiş arvadını və onun sevgilisini güllələdi

Tarix: 07.12.2020 / 14:07  •   Oxundu: 101 dəfə  •  

Rusiyanın Altay vilayətində Kənd Şurasının deputatı Boris Urkunov keçmiş arvadını və onun sevgilisini vurub.
Bildirilir ki, kişi ov silahı ilə cütlüyə azı 10 dəfə atəş açıb, sonra isə özü intihara cəhd edib.
Güllə səslərini eşidən qonşular polis və təcili yardım çağırıblar.
Qurbanlar hadisə yerində keçinib, Urkunov isə başından aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Millət vəkilinə ömürlük həbs cəzası verilə bilər.
“Novosti Gornıy Altay” qəzetinin yazdığına görə, qətldən bir müddət əvvəl millət vəkili keçmiş arvadının sevgilisini döyübmüş, qarşı tərəf isə ona qarşı polisə ifadə vermişdi.