Bu gün:


Aktrisa Məqsudə Əliyeva VƏFAT ETDİ

Tarix: 09.12.2022 / 18:46  •   Oxundu: 126 dəfə  •  

Azərbaycanda aktrisa vəfat edib.
İDEAL Media.az xəbər verir ki, aktrisa Məqsudə Həsənağa qızı Əliyeva dekabrın 8-də Lənkəranda yaşadığı evdə vəfat edib. Onun xərçəng xəsətəliyindən vəfat etdiyi bildirilir.

Xatırladaq ki, Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb. O, teatrın səhnəsində bir çox tamaşalarda - “Mahmud və Məryəm”də qulluqçu qızı, “Vicdanın hökmü”ndə rus qızı, “Pul dəlisi”ndə solist, “Qaraca qız”da Nərgiz, “Onun iki qabırğası”nda Qumaş kimi obrazlar yaradıb. Məqsudə Əliyevanın ən yaddaqalan rolu 2016-cı ildə çəkilmiş “Günəşim ol” teleserialındakı Zərnişan obrazı olub.