Bu gün:


Nazim İdeal: Vətəndaş dövlətindən nə istəyir?

Tarix: 11.12.2022 / 20:33  •   Oxundu: 143 dəfə  •  

Binə ticarət mərkəzinin direktor müavini, "Araz" avia  firmasının prezidenti Əmirova Dilşad Cəmşidovna nəinki ƏSAS qanun hesab edilən Konstitusiyanı, istədiyi vaxt konsentrik dairələri,  məmur qarışıq bazarın piştaxtasına qoyub satır....

Milli hüququ qorumağa məsul Hacı Məmmədov,Zakir Nəsirov, Kamil Sədrəddinov,Akif Çovdarov,Mövlam Şıxəliyev,Zakir Qaralov, Rüstəm Usubov və bu sinflərə aid yüzlərlə çiyni paqonlu, dalı naqanlı köstəbəklərin həyata keçirmiş tragikazusların əlvanlığından asılı olaraq vətəndaş öz dövlətinin şərindın-böhtanından qorxur.

Vətəndaş bilir ki, o başıaşağı,üzüyola,kar-kor-lal olmasa,el arvadına xanım, mavilərə bəy deyib müraciət etməsə "varanok" qapının ağzını kəsmişdir.

Birmənalı, alternativsiz olaraq analoqsuz ölkəmizdə ən böyük cinayət doğrunu ifadə etmək, şərəfli-mənəviyyatlı ömür "yaşayanlar"dır.
Polis-Prokurorluq-Məhkəmələrdə "paykovoy" olaraq istismar edilənlərin böyük əksəriyyəti məhz son 30 yılda millətimizə əxlaq-namus-qeyrət-vicdan dərsi keçməyə məsul edilmiş QıF-dır.

NƏ İSƏ....
Sözümün babasına keçirəm....
Daha doğrusu milli və beynəlxalq hüququ yabasına keçirmiş Sumqayıt "Asan Xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu Əhmədli Baba Məhəmməd oğlu 13.09.2015-ci il tarixdə  Fatmeyi bağlarında yol kənarında 8 sot toprak sahəsini 85.000 ABŞ dollarına Məmmədov Bəxtiyar Mübariz oğluna satışını 4Ə-29,19 nömrə ilə satsada korporativ qanunların tələblərinə uyğun olaraq sənəddə 15.000 manata satıldığını qeyd etmişdir.

Satıcı ilə bu və ya digər formada heç bir simsarlığı olmayan alıcıdan 8 sotun deyil, 1 sotun puluyla sənədləşmə aparmış Baba Əhmədli ölkənin doğrudanda sahibsiz,qanunsuz olduğunu zənn edir???

Hazırda fakt üzrə Nəsimi Məhkəməsində hakim Anar İbadzadənin sədrliyilə proses davam edir.
Sözsüz ki, istər Babaya, istərsədə Ona babalıq etmiş və bu yolla arvad saxlayan geniş hakimiyyət resurslu təlxəyi qandıracam ki, dövlətimizi və qanunlarımızı tanısın  və qansın ki, burası korlar şəhəri deyil.

VƏ babanın 15.000 manata zimbabve qaydaları ilə sənədləşdirdiyi 8 sotun pulunu verəcəm ki, qaytarsın....

Mən,Biz və bütövlükdə Xalqımız Dövlətimizdən əsla və əsla imtiyaz deyil, Ədalət istəyirik, VƏSSALAM!