NAZİM İDEAL: Müdafiəsiz Xalq ! və ya ən yaxşı Vəkil kimdir???
Tarix: 15.02.2021 / 14:33 •
Oxundu: 525 dəfə •
Hüquqi dövlətin 4 zəruri əlaməti vardır.
1.Qanunun aliliyi prinsipi;
2.Hakimiyyətin bölünməsi prinsipi;
3.Məhkəmə hakimiyyətinin müstəqilliyi,pozulmuş hüquqların məhkəmə-hüquqi müdafiəsi prinsipi;
4.Hüquq və azadlıqların üstünlüyü,vətəndaş cəmiyyətinin formalaşması prinsipi.
Sadaladıqlarım prinsiplərdən hər hansı birinin işartısı barədə bilən varmı?
-Bu ölkədə bütün qanunsuzluqlar məhz qanun adı altında həyata keçirilir....
-Bütün hakimiyyət bir hakimiyyətin iradəsinin icraçılarıdır və qəlibdən çıxmaları faciəni qarşılamaqdır...
-Məhkəmə hakimiyyətinin müstəqilliyi ifadəsi,abreviaturalara belə təhqirdir.
Məhkəmələr və hakimlər İnsan və Vətəndaş hüquü və əsas azadlıqlarının deformasiyaya uğradılmasında çox ciddi pay sahibləridirlər..
Norma ilə müəyyən edilən davranış qaydasında (dispozisiya) mülki kollegiya azda olsa sahibini və qanunları tanıya bilir.
Ölkədə "qanun" mafioz qüvvələrin iyrənc əməllərini görə biləcək gözləri kor,deyə biləcək dilləri kəsmək,yox deyə biləcək qolları qandallamaq üçün vardır.
Bundan əlavə deyilənlər,yazılanlar sadəcə olaraq blef nağıldır...
-Vətəndaş cəmiyyətinin hansı üstünlüyə malik ola bilməsinin cavabını son dörd aydır ki,COVİD-19 verir.
Heç bir yerdə işləməyən,evsiz-eşiksiz ailələrin böyük əksəriyyəti hüquqsuzluq,sistemsizlik,məmur harınlıqları səbəbindən 190 manatdan da məhrum edildilər...
Bilə-bilə ki,müvafiq icra hakimiyyəti Vətəndaşa xammal-əşya münasibəti sərgiləyir,yenə də Vətəndaşı məhz həmin xoşqədəmlərdən-xoşqeyrətlərdən asılı vəziyyətə salırlar!
H Ü Q U Q "M Ü D A F İ Ə" T Ə Ş K İ L A T I ????
Müstəqil-müstəmləkə dövrü keçdiyimiz son 30 yılda kimlərin "hüquq müdafiəçisi" adı altında çıxış etdiklərini xatırlayırsınızmı???
Xalqın adından manipulisiv çıxışlar edəndə harda idilər ? indi hardadırlar ?
Söz azadlıq istəyir:"it quyruğunu bulamaqla özü üçün qida əldə edir,hürməklə yalnız kötək"...
Nə oldu,ac olanda dissident idilər, yallandırıldılar dönüb oldular rejimyanlı...
Bütün sferalarda İnsanlığa sərgilənən münasibət bərbad vəziyyətdədir..
Dələduzluq,yaltaq-yalaqlıq,araçılıq,şər-böhtan,üzdəniraq epetiklərin imicmeykerliyi "etalona" çevrilib !!!
Çox cüzi istisnalarla "Vəkillik" fəaliyyəti həbsdə olan yüzlərlə hüquqsuz İnsana şok-terapiya yaşatmaqdadır...
Böyük əksəriyyət Vəkilin dələduzluğu-xəyanətilə bağlı etdiyi şikayətin acısını çəkməkdədir!
Dövlət nəzarətini həyata keçirməli olan vəzifəli şəxsiyyətsizlər haqqı tapdanmış Vətəndaşa qarşı dələduz vəkilə vəkillik edir,olunan şikayətləri diskresion "həll edir"...
Biz elə bir ölkədə yaşayırıq ki,Ləyaqətli Vətəndaş olmağın əsas şərti həbsxanalardan keçir.
Qanunların köləliyə salındığı bir ölkənin Vətəndaşlarıyıq...
Ona görə də hüquqlarımızı bilmək,ən azından düşmənlərlə qeyri-bərabər döyüşlərdə cavab atəşi açmaqdan ötrü intellektual potensialınız olmalıdır ki,ən azından "sizin hüquqlarınızı mən müdafiə edəcəm" deyən dələduz "vəkilin" tələsinə düşməyəsiniz !!!!
Ən yaxşı Vəkil Özünsən!!!
Özün-Özünü müdafiə etdiyin kimi,kimsə də Səni müdafiə edəməz!!!!
Hüquqi-demokratik dövlətlərin birində, heç kimi olmayan yerli sakinin mərkəzdəki mülkünə gözü düşən dövlət başçısı,etibar etdiyi köməkçisini göndərir həmin yaşlı yerli sakinin yanına ki, ürəyin nə qədər pul-para,mülk istəyir verək,yaşadığınız mülkü bizə satın.
Ağsaqqal,kimsəsiz rədd cavabı verir.Dövlət başçısının bütün cəhdləri boşa çıxır...
Ağsaqqalın inadkarlığı dövlət başçısının xoşuna gəlir və onunla görüşmək qərarına gəlir.
Görüşərkən sual edir:-Bilirəm ki,həyatda heç kiminiz yoxdur,təksiniz,lakin inadkarsız!
Siz bu gücü,güvəni hardan?,kimdən? alırsız???
Ağsaqqal:Dövlətimdən!-Qanunlardan!!!
Ölkəmizdə onlarla İnsan tanıyıram ki, ona edilən təkliflə razılaşmadığına görə,şərlənib ən ağır cəzaya məhkum ediliblər...
Şəxsimdə 2018-ci ilin bu ayında xəbərimiz olmadan,Nəsimi rayonu,Ə.Topçubaşov-96 ünvanında qeyri-yaşayış sahəsi olan mülkümü "malibo"mmc uçurmuş,yerlə-yeksan etmişdir!
Mülkiyyət hüquqlarımı müdafiə edərkən,İnsan və Vətəndaş hüquqlarım barbarların hücumuna məruz qaldı.
7-ci mk-da Şirinov Vəlinin idarə etdiyi 11 saylı çoxşaxəli "təsisat"dan,15 saylıya,ordanda erməni diversant Arsen Baqdasariyanın şərəfinə 100 gün kars,ardıncada 6 ay həbsxanaya sürgün edildim...
Lakin,ermənikökənli hibridlərin geniş resurslu olmalarına baxmayaraq, düşmənlərin barbarlığın,vandallığın özlərinə uddurdum və mülkiyyət hüquqlarım bərqərar oldu....
Cəngəllik yaratmağın sonu bir yırtıcıya yem olmaqdır. Bunuda tarix hər dövrdə bir nümunə ilə sübut edib.