Bu gün:


İlham Əliyev dörd polkovnikə general-mayor rütbəsi verdi

Tarix: 07.12.2020 / 15:28  •   Oxundu: 96 dəfə  •  

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 
Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Ağamir Əzizxan oğlu Sultanova
polkovnik Anar Təvəkkül oğlu Kərimova
polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə
polkovnik Zaur Sabir oğlu Məmmədova.