İranda 43 ildə ilk dəfə baş verənlər... - Sulduzlu
Tarix: 20.12.2022 / 14:30 •
Oxundu: 155 dəfə •
İsveçrədə yaşayan milli fəal Rəhim Sulduzlunun müsahibəsi:
- İranda aksiyalarının tüğyan elədiyi, Güney Azərbaycan fəallarının aktivləşdiyi bir məqamda Milli Hökumətin qurulduğu, azadlıq mübarizəsinin ilkin addımlarının atıldığı dövrə nəzər salaq...
- 1945-ci ildə xalqımız Milli Hökumətin başçısı mərhum Seyid Cəfər Pişəvərinin dediyi kimi, “Azərbaycan Tehran ilə bir yerdə əsir Hindistan olmaqdansa, özü üçün azad İrlandiya olmağı tərcih edir” anlayışı ilə yola çıxaraq bir ildə inanılmaz böyük işlər görüb. Hökumətin ömrü bir il olsa da, bu müddətin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını düşünürəm. Milli Hökumət işlərinə görə dövrünün ən qabaqcıl hərəkatıdır. Hökumət 1945-ci ildə qadınlara səs haqqı tanıyıb, bu bərabərhüquqluluq qanunlarda öz əksini tapıb.
Milli Hökumətin ən mühüm işlərindən biri də ibtidai məktəbdən universitetə qədər təhsilin doğma Azərbaycan türkcəsində keçirilməsinə şərait yaradılması idi. Həmçinin, torpaq islahatları apararaq feodalizmə son qoydu. Belələliklə, cəmiyyətdə siniflərarası fərqin azalmasında olduqca mühüm rol oynadı.
Ümumiyyətlə, o dövrdə Azərbaycan Milli Hökuməti demokratiya və insan hüquqları ilə bağlı apardığı islahatlarla Yaxın Şərqdə bir çox ölkəyə örnək olmuşdu.
Təəssüf ki, beynəlxalq vəziyyət və bir sıra xəyanətlər nəticəsində Milli Hökumətimiz bir ildən çox davam gətirmədi. Buna baxmayaraq, “21 Azər” hərəkatı bu günə kimi milli düşüncəmizin hərəkətverici qüvvəsi oldu. Bugünkü etirazlarda səslənən “Azadlıq, ədalət, mili hökumət” şüarı da o dövrdən təsirlənərək ortaya çıxıb. Biz fars şovinizmidən canımızı qurtarmaq istəyiriksə, gərək S.C.Pişəvəri və “21 Azər” hərəkatının canından, malından keçən öncüllərini özümüzə nümünə götürək.
- Avropada yaşayan soydaşlarımız etirazlar başlayandan Güney Azərbaycanla bağlı nə kimi işlər görür?
- Güney Azərbaycanla bağlı uzun zamandır çox ciddi və qalıcı bir addımın şahidi olmamışdıq. Amma İranda Məhsa Əminin ölümü ilə başlayan və 3 aydır davam edən etirazlardan sonra Güney azərbaycanlı soydaşlarımız da dəstək mitinqi keçirməyə başladı. Biz İsveçrədə BMT-nin İnsan Hüquqları Şurasının növbədənkənar iclasının keçirildiyi zaman Cenevrə şəhərində bu təşkilatın daimi təmsilçiliyinin qarşısında etiraz aksiyası gerçəkləşdirdik.
Həmin iclasdan sonra bu təşkilatın Həqiqəti Araşdırma Komitəsinə Güney Azərbaycanda həbs və işgəncəyə məruz qalan soydaşlarımızla bağlı məlumat verəcəyimizə söz verdik.
Ona görə də Güney Azərbaycanda həbs edilən, işgəncəyə məruz qalan və öldürülən soydaşlarımızla bağlı bir siyahı hazırlayaraq dekabrın 13-də həmin təşkilatın adıçəkilən komitəsinə təqdim etdik. Yenə də bu sahədə çalışmalarımız davam edir.
- Hazırda Tehran Respublikasında nə baş verir?
- 1979-cu il inqilabından bəri belə geniştərkibli etiraz dalğasına şahid olmamışdıq. Bu günə qədər olan etirazlar 3-5 həftə davam etmişdisə, bu nümayişlər artıq 3 aydır ara kəsmədən keçirilir. Artıq millətlərin 43 illik qorxu hissinə qalib gələrək canı və qanı bahasına meydan oxuduğunu görürük. Bütün İranda olduğu kimi, Güney Azərbaycanda da biz bunun şahidiyik. Nümayişlər davam edəcək. Bu etirazlar mənə 1979-cu il inqilabını xatırladır. Edamlara baxmayaraq, İrandakı bütün xalqlar öz istədiklərini əldə etmək üçün ayağa qalxıb. Bu, onu göstərir ki, 1979-cu ildə olduğu kimi, İran xalqları bu rejimi də devirib tarixin zibilliyinə atacaq. Ancaq işi reallaşdırmaq üçün mədəni itaətsizlik, xüsusilə də tətillərin davam etməsi çox önəmlidir.
Misal üçün, Təbriz bazarında 43 ildə görünməmiş şəkildə dükan və mağazaların, pasajların bağlanmasının şahidi oluruq. İran adlanan bu ölkədə Təbriz kimi iqtisadiyyatın şah damarları bu tətillərə qoşulursa, demək ki, molla rejimi iqtisadi baxımdan çox ağır yara alacaq, ayağa qalxa bilməyəcək. Etirazlarla yanaşı, bu tətillər davam edərsə, rejimin zəif və səfil durumda olan iqtisadiyyatı çökəcək.
Mənim fikirimcə, Milli Azadlıq Hərəkatı bu etirazlarda səhnədə olmalı və milli maraqlarımız yönündə hərəkət etməlidir. Biz səhnədə olmasaq, səhnəni ələ keçirmək istəyən, pusquda duran xainlər - pəhləviçilər, rəcəviçilər boşluq tapıb meydana çıxacaq. 1979-cu ildə olduğu kimi, fürsəti də əldən versək, bu, millətimiz üçün daha baha başa gələcək. Ana dilimiz aradan götürüləcək və millət olaraq məhvə doğru gedəcəyik. Odur ki, meydanı ələ alıb, öz milli mənafelərimiz çərçivəsində hərəkət edib siyasi gücə çevrilməliyik.