Millimizin baş məşqçisi: "Biz bu şəraitdə hazırlaşa bilmirik"
Tarix: 07.12.2020 / 16:41 •
Oxundu: 113 dəfə •
"İdmançılarımız hamısı öz evlərindədir. Onlarla mütəmadi əlaqə saxlayır, səhhətləri ilə maraqlanırıq. Koronavirusa görə zallar bağlıdır".
Azərbaycanın qadın taekvondoçulardan ibarət yığmasının baş məşqçisi və əsas millinin böyük məşqçisi Elnur Amanov milli komandaların durumu barədə danışarkən deyib.
43 yaşlı mütəxəssis bildirib ki, ilin sonuna qədər Qran-pri, Komandalararası Dünya Kuboku və digər beynəlxalq yarışların keçirilməsi planlaşdırılmır.
Amanovun sözlərinə görə, 2021-ci il 26 - 30 yanvarda Bolqarıstanın paytaxtı Sofiyada Avropa Olimpiya Təsnifat Turniri nəzərdə tutulur: "Onu hələ ki, ləğv etməyiblər. Deyilənlərə görə, həmin turnir də ləğv olunmalıdır. Yarış hələlik təqvimdə qalır. Bu turnirdən başqa heç nə gözlənilmir. Amma biz bu şəraitdə hazırlaşa bilmirik. Gözləyirik, görək, necə olacaq".
Baş məşqçi legioner idmançılar Milad Beygi Harçeqani, Patimat Abakarova və Radik İsayevin Azərbaycanda olmadığını vurğulayıb: "Əsas komandadan yalnız Fəridə Əzizova buradadır. Patimat Abakarova burada idi, lakin anası rəhmətə getdiyi üçün gedəsi oldu. Hələ ki, Rusiyadadır".
Amanov "Olimpiya komplekslərində məşq etməməyinizin səbəbi nədir" sualına belə cavab verib: "Yəqin ki, əsas idmançılar burada olmadıqları üçün hazırlıq prosesi təşkil edilmir".
Mütəxəssis 3 gənc taekvondoçuda koronavirusun aşkarlandığını da sözlərinə əlavə edib. Lakin o, konkret adlar açıqlamayıb.