Bu gün:


Buz parçası rusiyalı generalı xəstəxanalıq edib

Tarix: 28.12.2022 / 20:12  •   Oxundu: 72 dəfə  •  

Rusiya Fövqəladə Hallar Nazirliyinin Əməliyyat idarəsinin direktoru, general-leytenant Anatoli Yelizarov xəsarət alıb.
 
Rusiya KİV-i xəbər verir ki, Moskvada evlərin birinin damından sallanan buz parçası onun başına düşüb.
 
A.Yelizarov əməliyyat olunub.
 
Hazırda huşu özündə olmayan general həkimlərin nəzarəti altındadır.