Bu gün:


Bu evi görənlər təəccüblənir: Türkiyə və Azərbaycan bayraqlarını dama kim çəkib?

Tarix: 29.12.2022 / 18:32  •   Oxundu: 85 dəfə  •  

Türkiyədə bu evin damını görənlər heyran qalır.
İDEAL Media.az İHA-ya istinadən xəbər verir ki, Kocaelinin İzmit qəsəbəsində 47 yaşlı montyor Yusif Çeviker evinin damına Türkiyə və Azərbaycan bayraqlarını çəkib.
Y. Çeviker Türkiyə bayrağını evinin damına 5 il əvvəl çəkib. İkinci Vətən müharibəsindən sonra isə Azərbaycan bayrağını da damına çəkib. Bunun üçün o, 3 ay vaxt sərf edib.