Bu gün:


Küsülülükləri qısa çəkdi

Tarix: 31.12.2022 / 18:47  •   Oxundu: 82 dəfə  •  

Müğənni Xatun Əliyeva və rejissor Nail Naiboğlu barışıb.
Bu haqda Nail özü məlumat verib. O bildirib ki, barışıq addımını özü atıb:
"Yeni il ərəfəsində küsülü qalmaq istəmədim. Barışdım və olanları unutdum".
Qeyd edək ki, Xatun Əliyeva rejissorun yaradıcılıq gecəsində səhnəyə çıxmaqdan imtina edib. Buna səbəb isə onun afişada fotosunun olmaması olub.