Bu gün:


ABŞ Ukraynaya görə İtaliyaya təzyiq edir - KİV

Tarix: 07.01.2023 / 14:30  •   Oxundu: 51 dəfə  •  

ABŞ Ukraynaya hərbi hava hücumundan müdafiə vasitələrinin daha tez çatdırılması üçün Romaya təzyiq edir.
Bu barədə “La Republika” nəşri Vaşinqtondakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, təzyiq xüsusilə SAMP-T zenit-raket sistemlərinə görədir.
Xatırladaq ki, Almaniya, ABŞ və Fransa artıq zirehli texnikanın Ukraynaya göndərilməsini elan edib. Ancaq İtaliya hələ Kiyevə növbəti silah tədarükü ilə bağlı altıncı fərmanı qəbul etməyib.