Bu gün:


Mehdi Mükərrəmoğlu vəfat etdi

Tarix: 12.01.2023 / 10:57  •   Oxundu: 90 dəfə  •  

Tanınmış jurnalist, uzun illər “Kino” qəzetinə rəhbərlik edən, 2002-ci ildən isə “Xalq qəzeti”nin mədəniyyət yazarı kimi çalışan Mehdi Mükərrəmoğlu vəfat edib.
Bu barədə onun həmkarları məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Mehdi Mükərrəmoğlu 15 aprel 1952-ci ildə Qubadlı rayonunun Dondarlı kəndində doğulub. Azərbaycan Dövlət Universitetini (indiki BDU) qırmızı diplomla bitirib, aspirantura təhsili alıb.
1975-ci ildə Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsində redaktor kimi işə başlayıb, 1977-ci ildən “Kino yenilikləri” qəzeti və “Yeni filmlər” jurnalının birgə redaksiyasında işləyib. Əvvəlcə bu redaksiyada redaktor, sonra məsul katib olub. 1992-ci ildən “Kino” qəzetinin baş redaktoru, “Azərkinovideo” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi kimi çalışıb.
2002-ci ildən “Xalq qəzeti”nin mədəniyyət yazarı kimi fəaliyyətini davam etdirirdi.