Bu gün:


2020-ci ilin noyabrı meteoroloji müşahidələr tarixinin ən istisi kimi qeydə alınıb

Tarix: 08.12.2020 / 10:45  •   Oxundu: 100 dəfə  •  

Cari ilin noyabr ayı ötən ilin temperatur maksimumunu qıraraq yeni dünya rekorduna imza atıb.
“Arqumentı i faktı”nın məlumatına görə, bu barədə Avropa İttifaqının Yer kürəsinin monitorinqi üzrə “Copernicus” fəza proqramının materiallarında deyilir.
“Qlobal miqyasda 2020-ci ilin noyabr ayı meteoroloji müşahidələr tarixinin ən isti noyabrı oldu”, - deyə məlumatda bildirilir.
Mütəxəssislərin fikrincə, bu ay 1981-ci ildən 2010-cu ilədək noyabr aylarında orta göstəricidən 0,77 dərəcə isti olub. Bu il temperatur əvvəlki rekordların qeydə alındığı 2016 və 2019-cu ilin noyabr aylarına nisbətən 0,13 dərəcə yüksək olub.
Noyabr ayı üçün anormal yüksək temperatur Sibirdə, Şimal Buzlu Okeanda, Alyaskada və Kanadanın şimal-qərbində qeydə alınıb.
Tibet Yaylası və Şərqi Antarktida arasında göstəricilər də orta səviyyədən yüksək olub.