Bu gün:


Güneyli rejissor ölüm aclığına başladı

Tarix: 02.02.2023 / 10:17  •   Oxundu: 57 dəfə  •  

Tehranın Evin həbsxanasında saxlanılan tanınmış rejissor Cəfər Pənahi aclıq aksiyasına başlayıb.
Bu barədə rejissorun həyat yoldaşı Tahirə Səidi özünün sosial media hesabında yazıb.
“Qanunsuzluqlara və hüquqlarımın pozulmasına görə, fevralın 1-dən quru aclığa başlayıram. Bunu sərbət buraxılana və ya həyatımı itirənə kimi davam etdirəcəyəm”, - Cəfər Pənahi həyat yoldaşına bildirib.
İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.