Bu gün:


Türkiyədəki zəlzələ Suriyada dağıntıya səbəb oldu: 237 ölü

Tarix: 06.02.2023 / 10:29  •   Oxundu: 95 dəfə  •  

Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
Zəlzələ nəticəsində 42 nəfər ölüb, 200 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
Dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin mərkəzi və cənub ərazilərində güclü zəlzələ olub. Ölən və yaralananlar var.
***
Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100-ü keçib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb. 400-ə yaxın adam dağıntıların altından çıxarılıb.
***
Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.
bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb.
Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.