Bu gün:


MƏZHƏKƏ VADİSİ-FƏRİD EYYUBOV

Tarix: 16.11.2022 / 14:41  •   Oxundu: 541 dəfə  •  

Absurdlar ölkəsində yaşayıb, Azərbaycan gəncliyini məhv edən, insan haqlarını alqı-satqı predmentinə çevirənlər, əqidəsini mənliyini pula satanlar ən yaxşı “müəllim-hakim-prokuror-partiya sədiri-dövlət məmuru” hesab edilir.

Bakı şəhər Yasamal Rayon Məhkəməsinin Hakimi Fərid Eyyubovda onlardan hesab olunur. Hakim etik davranış qaydalarına məhəl qoymayan, boşanma üçün müraciət edən xanımlarla uzanmış formada məzələnən, rüşvətlə istənilən qərara müəlliflik edən Fərid Eyyubov Yasamal Rayon Məhkəməsinin Ənvər Seyidovu, Cəmilə Musayevası, Ramin Xəlilovu hesab edilir.

Fərid Eyyubovun əlləri bədəni qədər uzundur. Qəbul etdiyi istənilən qərarı yuxarı instansiyalarda da təsdiq etdirmək gücündədir. Sözsüz ki, rüşvətlə. Vətəndaş Əliyev Akif Asif oğlu İDEAL Media Qrupuna müraciət edərək, ata-babalarından miras qalmış İçəri Şəhər adlanan məkandakı Xüsusi Mülkiyyətini gestopizm qaydaları üzrə əlindən alındığını və bütün sübutların Yasamal rayon Məhkəməsinin hakimi Fərid Eyyubova təqdim etməsinə baxmayaraq o, Cunqilya qaydaları üzrə Xüsusi Mülkiyyət Hüququ tapdanmış Akif Əliyev əleyhinə qərar qəbul etmişdir.

Hakimin qanunsuz qərarlarına tədbir görülə biləcək ünvanlardan hesab olunan Məhkəmə-Hüquq Şurasıda bu cür razborkaları  Elyalar-Gülyalar tərəfindən həyata keçirilir. Məhkəmə müstəqilliyinin təminatçısı olan prezident isə ölkədə baş verən bütün anarxizmlərdən xəbərsizdir. 

Ümumiyyətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Hakimi Fərid

Eyyubov aparmış olduğu Məhkəmə  proseslərini yalnız və yalnız Xoşqədəmin təqdimatındakı  Realiti Show ilə müqayisə etmək olar.

Şikayətçi vətəndaşın Ölkə Başçısına,  Ədliyyə Nazirinə və İDEAL Media Qrupuna göndərdiyi şikayətin xülasəsini diqqətinizə çatdırırıq:

 Hörmətli Cənab Prezident!

Mənim atamdan qalan mülkümü Əvəz adlı şəxs məni içirdərək  ETİBARNAMƏ  alıb, vərəsəlik işi aparıb, evi mənim adıma rəsmiləşdirib, mənim xəbərim olmadan evimi 174000 manata satıb, pulunuda mənimsəyib.

4 ildir ki, bütün Orqanlara şikayət edirəm şikayətimə baxan yoxdur. Axırıncı ümüd yerim Məhkəməydi orada müraciət etdim.  Lakin Yasamal Rayon Məhkəməsinin Hakimi Fərid Eyyubov mənim işimi RƏDD edərək qərar qəbul etdi.

Mən sığınacaqda qalıram. Lakin mənim notariusda ƏRİZƏM olmadan evimi alanlar hesaba pul köçürüblər və bu QANUNAZİDDİR. Buna baxmayaraq Hakim buna göz yumdu və  yeganə ümid yerimi əlimdən aldı. Evi satan Əvəz adlı şəxs isə evin pulunu öz şəxsi hesabına yatırıb və özü də həmin pulları çıxarıb.

Mən bütün bunları Hakimə diqqətinə çatdırsamda  heç bir araşdırma aparılmadı. Əvəz adlı şəxsin Məhkəmədə iştirakını tələb etsəmdə təmin edilmədi. Əvəzin Vəkili isə suallarımı cavablandırmaqda aciz qaldı.Tələb  etdim ki, notariusda çalışan Səma Ələkbərova Məhkəməyə dəvət olunsun lakin bu tələbimdə cavabsız qaldı. Hakim tərəfyönlü şəkildə qarşı tərəfə haqq qazandırmaqla məşğul idi.. Dəfələrlə Yasamal Rayon Məhkəməsinin Hakimi  Fərid Eyyubovdan qarşı tərəflərin Məhkəməyə dəvət olunmasını tələb etdim. Fərid Eyyubov qarşı tərəflərin dəvət olunacağına “söz verdi” lakin əməl etmədi. 

Qarşı tərəf məni şərləyərək 1000 manat beh aldığımı iddia etdi.  Mənsə nəinki beh almaq hətta evimi alan şəxsləri belə tanımıram. Bütün bu yalanlara Hakim göz yumdu. Məhkəmədən Aysel Kazımovanın dəvət edilməsi tələbimsə, digər tələblərim kimi görməzdən gəlindi. 

Görünür ki, həmin şəxslər maddi güc hesabına , rüşvətlə Hakim Fərid Eyyubovun ədalət anlayışını satın alıblar.

Hörmətli Cənab Prezident!

Mülkiyyət Hüquqlarımızın, İnsan və Vətəndaş Hüquq və Azadlıqlarının bərqarar olunması naminə köməklik göstərilməsini Sizdən xahiş edirəm.

Mövzu diqqətimizdədir.
Polad Musayev