Bu gün:


Polis hansı kateqoriyadan olan şikayətlərə baxır?

Tarix: 06.02.2023 / 14:16  •   Oxundu: 618 dəfə  •  

Vətəndaşa məxsus evi icarəyə götürüb ondan priton olaraq istifadə etməsilə bağlı, Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə edilən müraciət nəticəsiz qaldığı halda, özünü Baş Dövlət Yol Polis İdarəinin əməkdaşı kimi təqdim edən Məmmədzadə Cəmil Zakir oğlu adlı şəxs Daxili İşlər Nazirliyi adından müdafiə xəttini seçərək, mülkiyyətçiyə qarşı olmaqla yanaşı, mülkiyyətdən çıxmaq üçün 20.000 (iyirmi min) manat pul tələb etmişlər ki, bu barədə səs yazısı sosial mediada geniş rezonans yaratmışdır.

İDEAL-a bu gün DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisi Elçin Məmmədlinin verdiyi cavab məktubunu olduğu kimi diqqətinizə çatdırırıq.

“…Özünü polis əməkdaşı kimi təqdim edən Məmmədzadə Cəmil Zakir oğlunun qanunsuz hərəkətləri barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminə etdiyiniz müraciətə Şəxsi Heyətlə İş İdarəsində baxılmışdır.

Aparılmış araşdırma zamanı polis əməkdaşı tərəfindən Sizə qarşı qanunsuz hərəkətlərə yol verilməsi faktı təsdiqini tapmadığından müraciətinizə baxılması dayandırılmışdır.

Müraciətinizdə göstərilən digər məsələlər mülki mübahisə olmaqla aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edə bilərsiz.”

Necə deyərlər erməni budaq cümləsi baş üzvü kimi Azərbaycan qanunları ağzıaçıq qalmışdır.

Bəlkə də bu ölkədə DİO qədər regionçuluğu prioritet seçən ikinci bir dövlət təsisatı yoxdur.

Düşünürük ki, burada da Naxşıvan faktoru önəmli rol oynayır. İstər  mülkiyyətdən priton kimi istifadə edən şəxs, istərsədə pritona havadarlıq edən və özünü polis əməkdaşı kimi təqdim edən Məmmədzadə Cəmil Zakir oğlu naxçıvanlıdırlar.

O zaman bu qənaətə gəlinir ki, naxçıvanlılarla bağlı DİO ya şikayət etmək yersiz və cinayətdir.

Ümumiyyətlə hüquqları deformasiyaya uğradılmış heç bir vətəndaş deyə bilməz ki, sırf polisin dispozisiyasında olan hər hasnı bir işlə bağlı müraciətin müsbət nəticəsi olmuşdur!!!???

Polda Musayev