Bu gün:


7 ildir axtarışda olan mafioz harada tutuldu

Tarix: 20.02.2023 / 11:34  •   Oxundu: 74 dəfə  •  

İndoneziya polisi məşhur mafiozu İtaliyaya deportasiya edəcək.
İdealmedia.az xəbər verir ki, İndoneziya polisi narkotik alveri və mütəşəkkil cinayətkarlıqda ittiham olunan mafiya qrupunun üzvü Antonio Strangecionu İtaliyaya deportasiya edib. Bu barədə "Associated Press" məlumat yayıb.
Cinayətkarın 7 il hüquq-mühafizə orqanlarından gizləndiyi və nəhayət, Bali adasında həbs olunduğu bildirilir.
Antonio 160 kiloqram marixuana qaçaqmalçılığında günahlandırılır.
Onun qərb dünyasının ən güclü cinayət təşkilatı hesab etdiyi “Ndrangheta” mafiya qrupu ilə əlaqəli olduğu iddia edilir.