
İdealmedia.az xəbər verir ki, Biləsuvar sakini hazırda Məhəmmədli qəsəbəsində məskunlaşmış Əzizova Soltanxan Misirxan qızı Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə və İdeala müraciət etmişdir. Müraciəti qısa ixtisarla diqqətinizə çatdırıram:
“... Övladım Əzizov Elşən Faiq oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək 12 il 6 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda Cəzasını Qobustan Qapalı Həbsxanasında çəkir. 2-ci qrup əlildir (qaraciyər serrozu). Xəstəliyinin ağırlığı ilə əlaqədar 10 fevral 2023-cü il tarixində Ədliyyə Nazirliyi Penitensial Xidmətin Müalicə Müəssisəsinə yatab edilmişdir. Yatab edildikdən sonra ağrılar şiddətli fazaya keçmiş və bununla əlaqədar olaraq oğlum tibbi yardım almaq üçün həkim çağırmışdır. Oğlumun haqlı tələbindən qəzəblənən müalicə müəssisəsinin rəisi Mayıl Məmmədov və baş həkim Nicat Cəlilov “pulunu ver müalicə edək” demiş və ardınca onu inzibati binanın dəhlizində vəhşicəsinə döymüş, qollarını arxadan qandallatmış və həmin vəziyyətdə karsda “şkonkaya” bağlatmış, heç bir müayinə, müalicə olmadan 17 fevral 2023-cü il tarixdə Qobustan Həbsxanasına geri qaytarmışlar. Hazırda oğlumun qanaxmaları ara vermir. Fiziki həyatı ciddi təhlükə qarşısındadır.
Möhtərəm cənab Prezident!
Həyat yoldaşım dünyasını dəyişmişdir. Heç birimiz işləmirik. Maddi vəziyyətimiz sıfırla-sıfır arasındadır. Müalicə müəssisəsinin tələb etdiyi pulu vermək imkansızlığındayıq. Vətəndaş ana olaraq xahiş edirəm, Ədliyyə Nazirliyi Penitensial Xidməti Müalicə Müəssisəsinin rəhbərliyinin tələb etdiyi 1000 manat pulun ödənilməsi üçün bizə yardım etməyinizi və oğlumun fiziki həyatının xilas edilməsi üzrə köməklik göstərməyi sizdən xahiş edirəm.”
Hazırladı: Fidan Əlizadə