
Qoşqar Təhməzli agentliyə haradan baxır?
Bu ölkədə insanlığa, insanların fundamental konstitusion hüquqlarına qarşı törədilən bütün qanunsuzluqlar dövlət aparatında və yaxud da kabinetlərdə bayrağın şahidliyi altında həyata keçirilir. Son günlər dövlətimiz və xalqımız adına utanc səhnəsinə çevrilmiş, məmurların dövləti talan etmə, total korrupsiya və rüşvətxorluq vaqeələri bütün bunlara sübutdur.
Bəli, Azərbaycanın mediası öldürülüb, məhv edilib və hazırda da sümükləri üyüdülüb təkrar emala verilməkdədir. Bütün bunlara görə Prezident Adminstrasiyasının sabiq rəhbəri “atvyorka” elminin akademiki, erməniyanlı Ramiz Mehdiyevə Prezidentin köməkçisi Prezident Adminstrasiyasının İctimai-Siyasi şöbəsinin müdiri, reket jurnalistikasının banisi Əli Həsənovun ölənlərinə və qalanlarına xalqın “duaları” davam etməkdədir. Stop....
İdealmedia.az daxil olmuş şikayətləri yerindəcə araşdırmaq üçün proseslərin əsas moderatoru Qida Təhlükəsizliik İnstitutunda Mərkəzləşmiş Nümunə Qəbulu şöbəsində Nümunə Qəbulu üzrə Mütəxəssis 1995-ci il doğumlu Aslanova Səfa Elman qızı ilə əlaqə saxlayıb əməlləri barədə sorğu-sual etdik.
“Mütəxəssis” Səfa Aslanova törətdiyi əməllərin bir hissəsini təşkilatçısı olduğu lotoreya oyununun üzərinə atsa da digər hissəsini yəni, vətəndaşın etibarından sui-istifadə edərək 5 iyun 2022-ci ildə Kapital bankdan başqa şəxsin adına götürdüyü və bu günə kimi qaytarmadığı, bank faizini vermədiyi 3500 manat pulla bağlı suallarımızı vəkil dəbilqəsiylə əvəzləməyə cəhd etdi. Sözsüz ki, bütün baş verənlər Qoşqar İlahi oğlu Təhməzlinin rəhbərlik etdiyi Qida Təhlükəsizliyi Agentliyinin inzibati binasında baş verdiyindən qanuna müvafiq olaraq əvvəlcə onların fikirlərini öyrənməyə cəhd etdik. Agentlik məsul olduğu və cavab verməli olduğu sualları institutlarına yönləndirdi. İnstitutun rəhbərliyi isə xanımların diliylə danışaraq baş vermiş hadisənin şəxsi zəmində baş tutduğunu anlatmağa cəhd etsə də reallıq bundan ibarətdir ki, lotoreya oynadığı,müxtəlif məbləğlərdə pul götürüldüyü və bu yolla 6000-dən artıq pul sövdələşməsində iştirak edən şəxslərin hamısı institut əməkdaşlarıdır. Hətta içərisində bəzilərinə sabiq də demək olar.
P.S. Kənd Təsərrüfatı Naziri İnam Kərimovun Qida Təhlükəsizliyi Agentliyindəki dominantlığı nə ilə bağlıdır?
P.P.S. “Dünya şöhrətli” Qida Təhlükəsizliyi Agentliyinin ölkəmiz daxilində uşaq bağçalarından başlamış, özəl kolbasa sexlərinə qədər fəaliyyət növləri məhz bizim təqdimatımızda biləcəksiniz... ( QİDA, MİDA, DÖVLƏT ÇEVRİLİŞİ...)
Polad Musayev