Bu gün:


11-ci sinif şagirdi intihara cəhd etdi - Onlayn oyunda 800 manat uduzub

Tarix: 09.03.2023 / 22:38  •   Oxundu: 96 dəfə  •  

Bu gün Şirvan şəhərində 16 yaşlı oğlan intihara cəhd edib.

Belə ki, saat 17 radələrində 11-ci sinif şagirdi Ə.C özünü stadionun yaxınlığındakı yarımtikilidən atıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırma zamanı məlum olub ki, yeniyetmə onlayn oyunlardan birinə qoşularaq 800 manat pul uduzub və bu səbəbdən həyatına qəsd etmək qərarına gəlib.
Faktla bağlı araşdırma aparılır.