Bu gün:


Lukaşenko məmurlara ölüm cəzasını nəzərdə tutan qanunu imzaladı

Tarix: 10.03.2023 / 11:44  •   Oxundu: 39 dəfə  •  

Belarus Prezidenti Aleksandr Lukaşenko “Cinayət məsuliyyəti haqqında məcəllələrin dəyişdirilməsi haqqında” qanunu imzalayıb.

Bildirilib ki, qanun məmur tərəfindən dövlətə xəyanətə görə cinayət məsuliyyətinin dövlət vəzifəsini tutan bütün şəxslərə şamil edilməsini nəzərdə tutur.
“Eyni zamanda, vəzifəli şəxs və ya hərbi qulluqçu tərəfindən dövlətə xəyanətə görə müstəsna cəza tədbirinin - ölüm hökmünün tətbiqi mümkün olacaq”, - mətndə qeyd olunur.