Azərbaycan Respublikası Xocavənd rayonunun 32-ci ildir Kremlin himayə etdiyi separatçı-terrorçu rejimin faktiki işğalı altında olan mərkəzində mülki müdafiə sığınacaqları hazırlanır.
İDEALMedia.az xəbər verir ki, bu barədə Xankəndindəki separatçı hayk nəşrləri Xocavənd şəhərində qanunsuz çap olunan "Amaras" qəzetinə istinadla məlumat yayıb.
Martın 18-də Xocavənd "administrasiyası"nın qondarma başçısı Edik Avanesyanın rəhbərliyi ilə şəhərdə iməcilik keçirilib. İməcilik zamanı yaşayış və "inzibati" binaların zirzəmiləri də mülki müdafiə sığınacaqları üçün təmizlənib.
Zəruri arayış və xatırlatma:
26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var.
Xatırladaq ki, Xocavənd rayonu 1990-ci ildən faktiki olaraq Azərbaycan hökumətinin tabeliyindən çıxıb.1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin oktyabr ayının 9-da rayonun Hadrut qəsəbəsi, 15-də Edişə, Düdükçü, Çiraquz, 16-da Xırmancıq, Ağbulaq (Edilli), Axullu, 20-də Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, 23-də Dolanar, Bünyadlı, 9-da Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri işğaldan azad edilmişdir...