Bu gün:


ÇARƏNİ İNTAHARDA GÖRÜRƏM...

Tarix: 20.03.2023 / 12:08  •   Oxundu: 253 dəfə  •  

Bakı şəhəri Binəqədi rayon Novxanı kənd sakini Pənəliyevə Zümrüd Turanxan qızı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və İDEAL Media group –a müraciət etmişdir. 

Müraciətdə deyilir: “ Daxili İşlər Nazirliyi Baş dövlət Yol Polis idarəsinin sabiq şöbə rəisi, polis polkovniki , Bakı Dövlət Universitetinin hüquq fakültəsinin professoru Əliyev Etibar Əli oğlunun şəxsi, fiziki mənəvi həyatıma etdikləri basqılarla bağlı Daxili İşlər Nazirliyinin 102 “çağrı xidməti”nə , Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə, Sizə , Birinci Vitse-Prezident  Mehriban Xanım Əliyevaya etdiyim şikayətdən sonra, 13.03.2003 tarixdə Bakı şəhər Baş polis idarəsinə dəvət edildim. Ardınca 43-cü polis bölməsində ifadə verdim.

 Ardınca 17 mart  2023 –cü il tarixdə “polis polkovniki” , “professor” Etibar Əliyev qardaşım Rüfət Vəliyevə telefon açaraq ünvanıma nalayiq küçə söyüşləri ilə təhqirlər yağdırmaqla bildirmişdir: “Zümrüd ölənə qədər ya mənim qulluğumda durmalıdır yada ki, onu şərləyib saçını qırxdıraraq həbsxanada sürütdürəcəm”.

 Ardınca yəni, 18 mart 2023-cü il saat 11:00-da bacım Sevil Həbibovaya zəng edərək  hədə- qorxu gəlmiş həbsə göndərəcəyini  yada ki , nökərim olmalıdır deyə şərtləndirmişdir. 

Çarəni intaharda görürəm. Özümü çox təhlükədə hiss edirəm. Sanki kriminal dövlətin sakiniyəm. Nə edəcəyimi bilmirəm. Bir ölkənin ki, “polis polkovniki, professoru” onun evində bir zamanlar xidmətçilik etmiş iki övlad anasına bu cür basqılar edirsə və bu barədə bütün Hüquq Mühafizə Orqanları məlumatlandırıldıqdan sonra susurlarsa vay biz hüquqsuz vətəndaşların gününə ...

Mən yenə də dövlətimə sığınaraq Azərbaycan Respublikasının konstitusiyasının 7-12-31-32 -ci maddələrini rəhbər tutaraq “polis polkovniki, professor” Etibar Əliyev və onunla birləşərək mənə cəbhə açmış keçmiş həyat yoldaşım Pənəliyev Zamiq  Rahib oğlunun qanundan və dövlətdənkənar əməllərinə hüquqi qiymət, təhlükəsizliyimə təminat  verilməsi üzrə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.”