Bu gün:


UŞAQLARIMI GİROVLUQDAN AZAD EDİN !

Tarix: 03.04.2023 / 12:23  •   Oxundu: 279 dəfə  •  

Qaradağ rayonu  Buta qəsəbə sakini  Eyvazova Sevinc Şəfi qızı  Azərbyacan Respublikasının Prezidenti İlham Əliyevə  müraciət etmişdir. 

 Müraciətəd deyilir: “ 02.04.2016 – cı il təvəllüdlü qızım Rəhimova Mələk Mehman qızı və oğlum 11.02.2017-ci il təvəllüdlü Rəhimov Nazim Mehman oğlu, Sumqayıt şəhəri 14-cü məhəllədə gözəllik salonu adı altında əxlaqsızlıqla məşğul olan və polis tərəfindən himayə edilən  Rəhimova Rəsmiyyə Knyaz qızı (telefon: 050 338 75 20) tərəfindən qaçırılmışdır.

 Fakt üzrə Daxili İşlər Nazirliyinin (102) çağrı xidmətinə etdiyim çoxsaylı şikayətlərdən sonra Sumqayıt şəhərinin 4-cü polis bölməsinin Sərdar adlı sahə müvəkkili 2 aprel 2023-cü il tarixdə  məni qəbul etmiş və bildirmişdir ki, şöbədə heç kəs yoxdur 2-3 günə Sizlə əlaqə saxlanılar ancaq məsləhət görürük ki, məhkəməyə müraciət edəsiniz.

6-7 yaşlı körpə uşaqlarım  faktiki olaraq gözgörəsi cinayət yolu ilə qaçırılmışdır. Polis isə mövcud fakt üzrə tədbir görmək istəmir. Çünki uşaqlarımı qaçıran Rəhimova Rəsmiyyə Knyaz qızı uzun illərdir ki, Sumqayıt şəhərində bu cür əxlaqsız çirkin işlərlə məşğuldur.   Onun əməlləri barədə  polis yetərincə məlumatlıdır. 

    

Göstərdiklərimi nəzərə alaraq 02.04.2016-cı il təvəllüdlü qızım Rəhimova Mələk Mehman qızı və 11.02.2017 –ci il təvəllüdlü oğlum Rəhimov Nazim Mehman oğlu, Rəhimova Rəsmiyyə Knyaz qızının girovluğundan azad edilməsi üzrə köməklik göstərməyi Sizdən xahiş edirəm.