
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin “maloletka” kimi tanıdığı uşaq kaloniyasının nəzarətçisi Məlikov Fuad Fərhad oğlu nəzarətsizlikdən istifadə edərək “nəzarət etdiyi” müəssisədə cəza çəkən yetkinlik yaşına çatmamış məhkumların ayağı rolunda çıxış edərək onlara narkotika, mobil telefon və pul daşımaqdadır.
Yasamal rayonu S.Dağlı küçəsi 37 ünvanında yaşayan Fuad Məlikov bu cür üsullarla qazandığı pulla paytaxt Bakının bir neçə rayonunda “moyka” və daşınmaz əmlakların sahibinə çevrilmişdir.
Əldə etdiyimiz məlumata görə Fuad Məlikov eyni zamanda makler olaraq fəaliyyət göstərir. Fakt üzrə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Fuad Məlikovun bu cür qanunsuz əməllərindən məlumatlıyıq , araşdırılma aparılır.
Elə bizdə araşdırmağa başladıq.
Polad Musayev