Bu gün:


Bakıda gənc oğlan bıçaqlanıb

Tarix: 11.04.2023 / 12:20  •   Oxundu: 84 dəfə  •  

Bakıda gənc oğlan bıçaqlanıb.
İDEAL-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Seyidov Mirtofiq Mirsabahəddin oğlu aprelin 9-u axşam saatlarında yaşadığı evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.