Bu gün:


Əmisi oğlunu iplə boğub öldürdü

Tarix: 22.04.2023 / 09:14  •   Oxundu: 117 dəfə  •  

Şamaxıda 29 yaşlı oğlan 18 yaşlı əmisi oğlunu qətlə yetirib. 
DİN-in Mətbuat xidmətindən IDEAL bildirilib ki, aprelin 22-də rayonun Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Ramin Hacıyevin iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.