Bu gün:


Qırmızıgül Mənsimovun məhkəməsində ifadə verdi

Tarix: 09.12.2020 / 15:13  •   Oxundu: 180 dəfə  •  

Türkiyənin tanınmış müğənnisi Mahsun Qırmızıgül həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsində şahid qismində ifadə verib.
Bu barədə Palmali Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə katibi Fidan Quliyeva qeyd edib.
O bildirib ki, Qırmızıgül məhkəmədə Mənsimovun FETÖ ilə əlaqəsi olmadığını bildirib.
“Mübariz bəylə uzun müddətdir ailə dostuyuq. Bu ittihamları eşidəndə çox təəccübləndim. Uzun zamandır yanında olmuşam və o insanlarla əlaqəsinin olduğunu görməmişəm. Mübariz Mənsimov iş adamıdır, xaricdən pul qazanıb bu ölkəyə yatırımlar edirdi. Çox xeyirsevər insandır və mən bu xeyriyyə işlərinin də şahidi olmuşam”, - Qırmızıgül deyib.
Qeyd edək ki, bu gün azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun məhkəməsi keçirilir.