Bu gün:


MƏNƏVİYYATA VƏ İNSANLIĞA QARŞI SUİ-QƏSDLƏR...

Tarix: 26.09.2020 / 19:11  •   Oxundu: 266 dəfə  •  

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq: 

Vətəndaşı olduğumuz ölkədə nədən yazmaq olur ki?
Aclıq,səfalət,xəyanət,siyasi  sifarişlər,siyasi qətllər,qanun alverçilikləri, harın-yüyənsiz məəmırrların yaratdıqları cəngəlliklərdən, və.s,və ilaxır....
Qarabağ Qazisi Tofiq Yaqublunun aclıq aksiyası ətrafında yaranmış bumlara baxmayaraq hər gün daha çox İnsan müstəqil məhkəmənin olmadığını,İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının deformasiyaya uğradıldığına şahidlik etməkdədir !
Mənən tox Tofiq Bəy qanunsuzluğa PROTEST etməsi iradəsinin ifadəsi olduğu kimi,
Hər gün onlarla hüquqsuz,arxasız,məzlum Vətəndaşlarımız kiçik və böyük zonlarda həmdə iradəsizlik səbəbindən de-fakto qətlə yetirilirlər !
Elə gün olmur ki,Mehdiyev Rəfailin böyük şor qəsəbəsində işlətdiyi "cəhənnəm vadisi"ndən  ("müalicə müəssisəsi") ən azı 2 nəfər meyid azadlığa "qovuşmasın".
Quliyeva Lamiyyə Sahib qızının namusuna təcavüz edildikdən sonra,azadlıq haqqı tanındığı kimi,
yüzlərlə zavallı Vətəndaşda azadlığa gedən yolun işığını özünə qəsddə,ölümündə görürlər!
Üstü açılmayan yüzlərlə cinayət işi üstünü açmalı olanlar tərəfindən qanun qarışıq yenidən qətlə yetirilir.
Qətlə yetirilənlər sseriyasında Şamaxı rayon Dağ Bağırlı kənd sakini Beydullayev Müşfiq Fərzi oğlu.
8 saylı konslagerin sabiq rəisi Mırtız Sadıqov və başının quldurları ilə birlikdə....
Yüzlərlə bu barədə faktlarım var.
Hər gün yüzlərlə hüquqsuz məhkum etiraz əlaməti olaraq ağlzlarını tikir,özlərinə qəsd edir,bağırsaqlarını və digər orqanlarını çölə tökürlər,
ölürlər!?,bilən varmı?
Məhz sahibsiz olduqlarına görə onları adam yerinə qoyan yoxdur!
2018-ci ildə çəza çəkmək məqsədilə dövləti-qanunu tanıyan cəzaçəkmə müəssisəsini məndə axtarırdım.
Osobıdan 11 saylı Vəli Şirinov adına bazara gəlsəmdə nə müdir,nədə ki,onun zombiləri Məni qəbul edə bilmirdilər və  aylıq xərac verdikləri köstəbəklərinin cəngəllik qanunları üzrə 15 saylı Tahir Yusifov adına talkuçkaya göndərdilər.
Əslən Cəbrayıl rayonundan olan baron tahir Mənimlə uzun-uzadı söz-söhbətlər edib,son nəticədə:"bu dağılmış ölkəni Sənmi düzəldəssən?, başını aşağı sal,kefini çək...."
Başını aşağı salanlar kef çəkmir,kef verir cavabını verib,karantinə qayıtdım.
70 yaşında zorlama maddəsilə həbs edilmiş Gəncəli kmendant Tofiq Məmmədovu "torpeda"  etsədə,onu ağladıb-güldürsədə nəticə hasil olmadı.
Və səhər tezdən Mənimlə yanaşı 4 nəfəri kabinetinə çağırıb  hikkə  ilə ayağa qalxmamağı pretenziya etdi...
Baron tahirin abırsız absurd uzatmalarına son versin deyə sual etdim!?
Ki: "Mənim ayağa qalxmamağımdan ötrü bəhanələr gətirirsən...
27 ildir ki, erməni girovluğunda cinsi istismarın alətinə çevrilmiş anandan,bacından,namusundan ötrü niyə ayağa qalxmırsan?
Tahir 4 nəfər başıaşağı-üzüyola kişləri zona,Məni karserə göndərdi.
Quru aclıq aksiyasına başladım.Qələm-kağız vermədilər.Diversant Arsen Baqdasariyan,edqar Sarkisyandan başqa,bütün karsdan yığışdırdılar qələm-kağızları...
3-cü gündə baş idarədən 2 ədəd alçaq kiş gəlmişdi.
Bir kəlmə danışmadan sürüşüb getdilər...
7 gün davam etdirdiyim ölüm aksiyası vecsiz "qurum"ların vecinə olmadı.
Tahir və onun satellit müavini həziyev eldəniz özlərini,nəsillərini,ailə-uşaqlarını söyüb təhqir etdilər ki,aclığı dayandır,nə istəsən onuda edəcəyik.
Sözün doğrusu onların andlarına inanaraqdan deyil,anarxiyanı görüb aclığı dayandırdım.
Çəkim 100-dən 80-ə düşmüşdü...
Ardınca 105 gün Məni karserdə saxlayıb 4 dəfə Metropolitein Tağının oğlu,Nizami rayon məhkəməsinin hakimi Rauf Əhmədov Məni 6 ay həbsxana ("krıtı") rejiminə keçirilməyimlə bağlı qərar qəbul etdi...
Baş verənlər eyni zamanda özünü cənnətdə hiss edən Arsen və Edqarın erməni gözləri qarşısında həyata keçirilirdi...
Əldə-cibdə-ayaqyolunda qayırma "komitələrlə" deyil,təmizqanlı Dövlətini-Xalqını sevən Şəxslərlə C.Ç.M-də monitorinq keçirilərsə heç bir anti-tezis hazırlamadan şahidi olarlar ki, bu məkanlarda baş verənlərin dövlətlə,insanlıqla,qanunla heç bir əlaqəsi yoxdur və bunun tək adı "parçala hökm sür"-soyqırım aktlarıdır....